Plastik cərrah sinə böyütmə əməliyyatının pulunu ödəməyən xəstələrin çılpaq fotolarını yaydı
Bütün plastik əməliyyatlar kimi, süd vəzi plastikası da getdikcə daha geniş yayılır.
BAKU.WS xəbər verir ki, günümüzdə sinə vəzini böyütmə, ya kiçiltmə əməliyyatları adi bir hal alsa da, bəzən heç ağıla gəlməyən hallar da yaşanır.
Aile.lent.az döş silikonu ilə bağlı maraqlı hadisələri təqdim edir.
Silikonu dişləyən ilan zəhərlənərək öldü
İsrailli model Orit Foks, ispan kanallarının birində iştirak etdiyi proqramda ev ilanını əlinə alıb, ancaq bu, heç yaxşı nəticələnməyib. Modelin dekoltesini görən ilan dayanmayıb və onun döşünü dişləyib. Dərhal xəstəxanaya çatdırılan Foksun durumu yaxşı olsa da, ilan silikonun tərkibindəki maddədən zəhərlənib ölüb.
Ölmüş atasının külünü implantına yerləşdirib
Avstraliyada yaşayan 26 yaşlı Sandi Canesco adlı qadın ölən atasının qəlbinə yaxın olmasını istədiyi üçün silikonlarının içinə atasının meyitinin yanmış küllərini də yerləşdirib.
Siyasətçi ona səs versinlər deyə sinə implantı paylayıb
Plastik əməliyyatlar olduqca geniş yayılan və gözəl qadınları ilə məşhur olan Venesuellada siyasətçi Qustavo Rojas səs qazanmaq üçün çılğın bir kampaniya başladıb. O, səs qazanmaq üçün çəkiliş zamanı sinə implantı paylayıb.
Silikon sayəsində ölümdən dönüb
Diş həkimi Lidia Karranza məruz qaldığı silahlı hücum nəticəsində ölümdən silikonlar sayəsində xilas olub. Həkimi Lidianın çox şanslı olduğunu, implantın güllənin ürək və digər orqanlara keçməsinin qarşısını aldığını deyib.
Döşləri ilə meyvələri iki yerə bölüb
İspaniyada Basti Hat olaraq tanınan 47 yaşlı qadın televiziya proqramlarından birində 9 kiloluq döşləri ilə meyvələri parçalayıb.
Plastik cərrah pul ödəməyən xəstələrin şəkillərini internetdə paylaşıb
Alman əsilli bir plastik cərrah əməliyyat xərclərini ödəmədən qaçan müştərilərinin döşlərinin fotolarını yayıb. Həkimin dediyinə görə, Tanja adlı bir xəstəsi təmiz hava almaq adı ilə bayıra çıxıb və bir daha geri qayıtmayıb. Cərrah hətta bəzi xəstələrinin saxta adlarla qeydiyyatdan keçdiyini və sonradan yoxa çıxdığını deyib.
Təyyarədə uçan zaman silikonları partladı
45 yaşlı rus əsilli qadının silikonları Moskvadan Los Ancelesə səfəri zamanı partlayıb. Los Ancelesdə eniş zamanı ürəyi gedən qadının əsl səbəbi əvvəl bilinməsə də, analizlərdən sonra problem bəlli olub.
Döyməsinə sinə implantı qoydurdu
Bir kişinin sinəsinə silikon qoydurması nə qədər qəribə səslənirsə, o implantı ayağına qoydurması daha qəribədir. Bədən sənətinə maraqlı olan Lane Jensaen ayağındakı "Seksual qadın” döyməsində nəyinsə çatışmadığını düşünərək ayağındakı döyməyə silikon qoydurub.
"Döş xərçəngiyəm”, - deyərək topladığı pulla sinəsini böyütdü
Texaslı bir qadın dostlarına yalandan döş xərçəngi olduğunu deyib və bunun sayəsində nə az, nə çox 10 min dollar yığıb. Ancaq yığdığı pulla döşlərini böyüdüb. Bildirək ki, xanıma yardım etmək üçün ən az 25 nəfər pul verib.
Oxşar xəbərlər
Azərbaycanda 80 yaşlı qadınlar plastik əməliyyat etdirir
"İstənilən uğurlu əməliyyatdan belə narazılıq edən xəstə mütləq tapılır”. BAKU.WS-in xəbərinə görə, bunu Modern.az-a Azərbaycan Plastik Cərrahlar Assosiasiyas...