Sinəni necə böyütmək olar? – Məsləhətlər
Gözəllik qurban tələb edir... Bu deyimi əbəs yerə işlətmədik. Çünki qadınlar bütün dövrlərdə gözəlləşmək uğrunda bir çox "qurbanlar” verməkdən çəkinməyiblər.
Bu indi də belədir. Hətta zərif cinsin nümayəndələri dözümlülük nümayiş etdirərək, daha da irəli gedir, gözəllik uğrunda cərrahiyə masasına da uzanırlar. Məsələn, son illər dünya və yerli məşhurların - müğənni və ya aktyor - müraciət etdiyi estetik-plastik əməliyyatlar sadə insanlar arasında da geniş yayılıb. İndi bir çox qadınlar Pamela Anderson, Salma Hayek, Keyt Apton kimi qabarıq sinəyə, Cennifer Lopez, Kim Kardaşyan kimi cəlbedici, böyük ombalara sahib olmaq istəyir.
Onu da deyək ki, qadınlar omba böyüdülməsindən daha çox sinələrinin həcmləndirilməsinə əhəmiyyət verirlər. Elə bu səbəbdəndir ki, hazırda Azərbaycanda rinoplastik (burun-red) əməliyyatdan sonra ən çox dəbdə olan plastik əməliyyat növü məhz süd vəzilərinin böyüdülməsidir.
Lakin cərrah masasına uzanmaq vacib deyil. Bəzi vasitələrin köməyi ilə sinəni bir qədər qaldırmaq, vizual olaraq böyütmək və daha gözəl etmək mümkündür. Bunun üçün nə etmək lazım gəldiyini bilmək istəyirsinizsə, BAKU.WS-in təqdim etdiyi bu yazını diqqətlə oxuyun:
1. Xüsusi kremlər
Bu kremlər iki qrupa bölünür: tərkibində hormonlar olan və tərkibində hormonlar olmayan kremlər.
Belə kremlər xüsusi komponentlərin köməyi ilə yüngül liftinq effekt verir - sinə qalxır, sinənin dərisi hamarlanır, daha dartılmış olur. Lakin tərkibində hormonlar (fitoestrogenlər) olan kremlərlə ehtiyatlı olmaq lazımdır. Onlardan istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Belə kremlər sağlamlığa ziyan vura bilər. Mənşəyi bilinməyən kremlərdən istifadə etməyin. Bu sağlamlığınız üçün ziyanlıdır.
2. Kontrast duş
Konrtast duş (soyuq və ilıq suyun növbələşməsi-red) sinədə qan dövranını yaxşılaşdırır, sinə və dekolte nahiyəsinin dərisinin vəziyyətini yaxşılaşdırır. Belə duş həm də massaj effekti verir.
3. Xüsusi idman hərəkətləri
Sinə piy və birləşdirici toxumadan ibarətdir, orada əzələ yoxdur. Lakin sinəni əhatə edən əzələləri xüsusi hərəkətlərin köməyi ilə möhkəmləndikdə sinə qalxır və vizual olaraq daha böyük görünür.
4. Massaj
Massaj qan dövranını yaxşılaşdırır, əzələləri möhkəmləndirir, dərini daha elastik və cavan edir. Sinəni massaj etdikdə ehtiyatlı olun, bütün hərəkətlər çox yüngül olmalıdır. Sinə travmaları (sıxılma, zərbə) gələcəkdə çox ağır nəticələrə o cümlədən süd vəzi xərçənginə gətirib çıxarda bilər.
5. Düz qamət
Qamətin düz olması kiçik sinəni daha böyük göstərə bilər. Hər zaman qamətinizə fikir verin.
6. "Push-up” büstqalterlər
Belə büstqalterlər sinəni xeyli böyük göstərir. Lakin nəzərə almaq lazımdır ki, belə büstqalterləri daim taxmaq və xüsusilə də əyində yatmaq olmaz.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Günay Musayeva sünnət olunacaq
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva labioplastika əməliyyatı (cinsiyyət orqanının plastik əməliyyatı-red) keçirəcək. BAKU.WS xəbər v...