Rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla” verilişində şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. 

BAKU.WS məlumat verir ki, rəqqasə ikinci həyat yoldaşı, oğlu Hüseynin atasından danışıb:

"İnsanlar elə düşünür ki, bir dəfə sənin həyatın alınmadısa ikinci səfər ailə qura bilmərsən. Qadınlara çətindir bu mənada, kişilər üçün yox Onlar iki, üç hətta dörd dəfə də ailə qura bilərlər. Amma qadınlara gəldikdə olmaz. Xüsusən də sən sənət adamısansa, ələlxüsus da rəqqasəsənsə ətrafdan təzyiqlər həmin insana çox olur. Bu günkü gün özümü bir qadın kimi xoşbəxt qadın saya bilərəm. Oğlumun atası yanımdadır, məni sevir, mənə hörmət edir, mənim uşaqlarımı sevir. Bu mənim üçün həqiqətən böyük xoşbəxtlikdir. Mən Fatimə necə varamsa məni belə qəbul edir. Mən çox xoşbəxt insanam ki, qarşıma onun kimi insan çıxıb". 
 
BAKU.WS