Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər
Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşdük, əməkdaşlığın cari vəziyyəti və yeni layihə təşəbbüslərini nəzərdən keçirdik. KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, eləcə də iqtisadi artımın və şaxələndirmənin yeni imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd etdik. Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidinin səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcəyini vurğuladıq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Aleksandr Şarovskinin həyat yoldaşı: Teatr onun həyatı idi
Sənətə çox bağlı insan olaraq teatr onun həyatı idi. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Xalq artisti Aleksandr Şarovskinin həyat yoldaşı Natalya Şa...