Şəbnəm Tovuzlu: “İstəmərəm qızım müğənni olsun”

Müğənni Şəbnəm Tovuzlu “Birə-Bir” verilişinin qonağı olub.
BAKU.WS xəbər verir ki, proqram zamanı sənətindən danışan Şəbnəm qızı ilə də bağlı maraqlı açıqlama verib. O, övladının müğənni olmasını istəmədiyini bildirib:
“Günel qapalı uşaqdır. İstəmir tanınsın. Hətta oxuduğu liseydə sadəcə 3 nəfər qız bilir ki, onun anası mənəm. Sevmir tanınmağı, mənimlə öyünməyi...
Ədabaz deyil, sadə uşaqdır. Amma haqqını tələb edəndir. Mənim sadəcə bir mahnıma qulaq asır. Hərdən başqa yerli müğənnilərimizin də musiqilərini dinləyir. İngilis dilini yaxşı bilir deyə, daha çox xarici mahnılara qulaq asır”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...