Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək

Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək
Siyasət 6

ABŞ bu il Bakıda keçiriləcək ADEX beynəlxalq müdafiə sənayesi sərgisində iştirakı çərçivəsində əvvəllər sərgidə təmsil olunmamış şirkətlərini təqdim edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

"Bu il biz ADEX-ə əvvəllər sərgidə iştirak etməmiş ABŞ şirkətlərini gətirəcəyik. Hərbi texnologiyalar və müdafiə sənayesi sahəsində ABŞ-nin nailiyyətlərini nümayiş etdirmək fürsəti bizi sevindirir", - o bildirib.

Emi Karlon qeyd edib ki, ABŞ sərgidə iştirak etməyi planlaşdırır və onun keçirilməsini səbirsizliklə gözləyir.

Son xəbərlər