VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

 
"Eurovision 2016” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli Stokholmu gəzməyə çıxıb.
 
BAKU.WS məlumat verir ki, gənc ifaçı gəzintidən fotoları "Facebook" səhifəsində paylaşıb. O, şəhərlə bağlı öz təəssüratlarını bölüşüb:
 
"Nəhayət ki, Stokholmu yaxında tanımaq üçün vaxt tapa bildim. Füsünkar şəhərdir"-, Səmra yazıb. 
 
Qeyd edək ki, "Eurovision-2016” mahnı müsabiqəsinin final şousu mayın 14-də Stokholmun "Globe” arenasında baş tutacaq. S.Rəhimli müsabiqədə ölkəmizi "Miracle” mahnısı ilə təmsil edir. O, finalda 4-cü çıxış edəcək.
 
BAKU.WS