Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı
Video
Hadisə 111

Azyaşlı autizmli uşağın yaşayış binasında liftdə naməlum şəxs tərəfindən itələndiyini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə zorakılığı məruz qalan uşağın anası yazıb.

Dünən baş verən bu hadisədən sonra oğlum gecə boyu yata bilmədi. Uzun müddət danışmadı, nitqi tutuldu, qorxudan əsirdi. Bir ana üçün övladını bu vəziyyətdə görmək və bu cür görüntüləri izləmək sözlə ifadə olunacaq qədər asan deyil", - deyə ana bildirib.

BAKU.WS xəbər verir ki, hadisə barədə məlumat yayılandan sonra polislər dərhal əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Keçirilən qısamüddətli araşdırmalardan sonra qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***22:00

Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zor tətbiq edilməsini əks etdirən görüntülər polis tər:əfindən araşdırılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun səhhəti nəzərə alınaraq, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər