Tramp NATO toplantısında Türkiyəni yenidən F-35 qırıcı proqramına qaytara bilər
ABŞ prezidenti Donald Trampın Ankaradakı NATO sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə mühüm addım atacağı iddia edilir.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, iddialara görə, Tramp Türkiyəni yenidən F-35 qırıcı proqramına qaytarmağa hazırlaşır.
ABŞ-nin nüfuzlu "New York Times" qəzetinin yüksək rütbəli dörd rəsmisinə istinadən yaydığı məlumata görə, Ağ Ev rəhbəri Türkiyənin bu hərbi layihədəki iştirakının bərpasına müsbət yanaşır.
Mənbələr iki lider arasında bu məsələ ilə bağlı rəsmi məktub mübadiləsi aparılmasının mümkünlüyünü də istisna etmir.
Trampın, bu addımı ilə F-35 embarqosuna son qoymaq niyyətində olduğu vurğulanır.
Bununla belə, ABŞ administrasiyasında bu qərarın icrası ilə bağlı fikir ayrılıqları mövcuddur.
Xüsusilə, ABŞ Konqresi tərəfindən tətbiq olunan və Türkiyəyə F-35 satışını qadağan edən qanunvericilik bazasının necə aşılacağı hələ ki, müzakirə mövzusudur.
Xatırladaq ki, Türkiyə ilə ABŞ arasında F-35 münasibətləri 2019-cu ildə Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması ilə pozulmuşdu.
Bu addıma kəskin reaksiya verən Vaşinqton, Türkiyəni F-35 proqramından kənarlaşdırmışdı.
Oxşar xəbərlər
Bakıya yönələn kurs: Aİ-nin siyasəti necə dəyişir?
Geosiyasi proseslər nadir hallarda yalnız bəyanatlarla idarə olunur - əksinə, onları konkret atılan addımların məntiqi daha aydın nümayiş etdirir. Məhz bu baxım...