Səmra Rəhimlinin libası müzakirələrə səbəb oldu (FOTO, VİDEO)
"Eurovision 2016” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli geyimi ilə müzakirələrə səbəb olub.
BAKU.WS məlumat verir ki, Səmra Rəhimli "Eurovision"-nun açılış mərasimində, müsabiqə ilə bağlı iştirak etdiyi tədbirlərdə və mətbuat konfranslarında geyindiyi libasları ilə diqqət çəkib. Səmranın geyimlərində sinə dekoltesinə üstünlük verməsi sosial şəbəkələrdə müzakirə olunub. İnternet istifadəçiləri gənc ifaçının libaslarında sinə dekoltesinə üstünlük verməsini birmənalı qarşılamayıblar.
Digər istifadəçilər isə azərbaycanlı iştirakçını müdafiə edib, Avropada keçirilən bir yarışma üçün normal geyim olduğunu bildiriblər.
Qeyd edək ki, "Eurovision 2016” mahnı müsabiqəsinin birinci yarımfinalı bu gün, ikinci yarımfınalı mayın 12-də, final isə 14-də baş tutacaq. S.Rəhimli müsabiqədə ölkəmizi "Miracle” mahnısı ilə təmsil edəcək.
BAKU.WS
Oxşar xəbərlər
"Eurovision” Səmraya görə Azərbaycanı cərimələyib? (VİDEO)
"Eurovision” təmsilçimiz Səmra Rəhimli "Globen Arena”da ilk məşqini edib. BAKU.WS "Qafqazinfo”ya istinadən məlumat verir ki, müğənni səhnədə çıxışını "Youtube”...