SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Tünzalə Əliyeva lent.az-ın canlı yayımında qonaq olub.

BAKU.WS xəbər verir ki, xərçəngə tutulan əməkdar artistdə yenidən şiş əmələ gəlib:
“İndi də ağ ciyərimdə şiş tapıldı.

Birinci MRT-dən sonra balacalaşma var. Bu, artıq bədənimin 4-cü hissəsindədir. Güman edirəm ki, bununla da bitəcək.

Çünki bədənim artıq kimyalara davam gətirmir. Sonuncu kimyanı qəbul edəndə 21-22 gün fasilə verməli idim. Amma bu dəfə arada olan məsafə çox oldu.

Təsəvvür edin ki, son dəfə mənə kimya köçürməli olanda evdə pis hala qaldım. Məni evdən apardılar atamgilə.

Çünki biz elə başa düşdük ki, mən artıq həyatla vidalaşıram. Allah heç bir anaya bu ağrıları qismət eləməsin. Günü sayırsan ki, birdən yataram, sabah ayılmaram. 15 gün atamgildə qaldım, bacım mənə baxdı.

Çox şükür ki, o ağrılar məndən keçdi. İnanıram ki, ağ ciyərimdə tapılan yeni şiş də keçəcək. İnanın ki, ölürdüm.

Elə hiss edirdim ki, əzrail mənimlə bərabər oturmuşdu, canımı almağı gözləyirdi. Görünür, məni övladıma bağışladı”.

Xatırladaq ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb”.

Şahidə Tapdıq
BAKU.WS
VİDEO