Bu xəstəliklərin müalicəsi sığorta ilə olacaq - RƏSMİ AÇIQLAMA
İcbari tibbi sığortanın əhatə dairəsinin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
Bu barədə BAKU.WS-in sorğusuna cavabı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Hacaliyeva verib.
Bildirilib ki, əsas yeniliklərdən biri uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin icbari tibbi sığorta təminatına daxil edilməsidir:
"Bu çərçivədə xəstəliklərin aşkarlanması, diaqnostik təsdiqi və mərhələsinin müəyyənləşdirilməsi üçün zəruri müayinələrin, həmçinin kimyaterapiya, dərman, cərrahi və dəstəkləyici müalicələrin sığorta hesabına qarşılanması nəzərdə tutulur. Xidmətlərin konkret siyahısı və təminat şərtləri ilə bağlı aidiyyəti qurumlarla iş davam etdirilir.
Bununla yanaşı, ürək-damar xəstəlikləri, xüsusilə arterial hipertenziyanın uzunmüddətli idarə olunmasına da diqqət artırılır. Antihipertenziv dərmanların icbari tibbi sığorta çərçivəsində təminata daxil edilməsi ilə bağlı işlərin aparılır".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Rövşən Rüstəmov: "Xəzərdə suyun azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır"
Xəzər dənizində suyun səviyyəsinin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır. BAKU.WS "report"-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Də...