Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Xankəndiyə səfər ediblər
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Xankəndi şəhərinə səfəri başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutub.
Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Qonaqlar Xankəndiyə səfər zamanı Zəfər parkı, Zəfər meydanı, Xocalı Soyqırımı Memorial kompleksini ziyarət edəcəklər.
Qalereya
Oxşar xəbərlər
DYP-dən sürücülərə VACİB MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib. Bildirilib ki, Zərdab–Ağcabədi avtomobil yolun...