Yeni HUAWEI P40 lite sifariş edin və hədiyyə olaraq Huawei Band 4 əldə edin
HUAWEI şirkəti kvadrokameralı HUAWEI P40 lite smartfonunu təqdim etmişdir. Yeni smartfon 48MP əsas kamera ilə, görünüş bucağı 120 dərəcə olan 8MP ultra geniş bucaqlı obyektivlə, frontal kamera kəsikli çərçivəsiz ekranla, parlaq dizaynla, davamlı iş üçün yüksək səmərəli və güclü akkumulyatorla təchiz olunmuşdur. Yeni P40 lite smartfonunda, HUAWEI-in öz mağazası olan HUAWEI AppGallery-nin daxil olduğu HUAWEI servisi (HMS) quraşdırılıb.
Süni İntelektli kvadrokamera
48MP kvadrokamera bir neçə seriya kadrlarının birləşdirilməsi sayəsində yüksək rəng ötürücülüyü ilə şəkil çəkmək imkanı verən müasir multikadr kompozisiyası texnologiyasını dəstəkləyir. Görünüş bucağı 120 dərəcə olan 8MP ultra geniş bucaqlı obyektiv mənzərə və memarlıq nümunələrinin şəkillərinin çəkilməsi, habelə, qrup fotoşəkillərinin çəkilməsi üçün uyğundur. Makrolinza fokusu 4 sm məsafədə olan obyektlərlə işləyə bilər.
HUAWEI P40 lite kvadrokamerası, ştativdən istifadə etmədən gecə vaxtı çəkilişləri etməyə imkan verən Super Gecə Rejimini dəstəkləyir. HUAWEI P40 lite video çəkiliş üçün fon musiqisini əlavə etmək və videonu kəsmək üçün istifadə edilə bilən və bununla da sosial şəbəkələr üçün məzmun yaratmaq prosesini asanlaşdıran süni intelektli video redaktora malikdir.
Bundan əlavə, dördüncü nəsil ISP prosessorları, proqram təminatı ilə birlikdə, səs-küyün azaldılması və uzunmüddətli ekspozisiya korreksiyası kimi bir sıra təkmilləşdirməni dəstəkləyir.
Parlaq dizayn və Gecə selfisi
HUAWEI P40 lite, frontal kamera kəsiyi ilə çərçivəsiz ekrana malikdir. 6.4-düymlük ekran genişləndirilmiş rəng qammasına malik Full HD+ icazəsini dəstəkləyir və cihaz səthinin 90.6%-i tutur.
HUAWEI P40 lite-ın frontal kamerası müxtəlif işıqlandırma şəraitində kadrların çəkilməsi üçün Super Gecə Selfi 2.0 rejimi ilə tamamlanır. Süni intelekt alqoritmlərindən istifadə edərək, kamera, parlaq detallaşdırılmış selfi çəkməkdə yardım göstərərək, obyekt və fonu optimallaşdırır.HUAWEI P40 lite-ın arxa paneli metal parıltılı qoruyucu qat ilə tamamlanır. Yuvarlaq kənarları sayəsində smartfon əldə rahat oturur. Modeldə quraşdırılmış barmaq izi skaneri ilə yan aktivetmə düyməsi istifadə olunur, bu da smartfon kilidini sürətlə açmağa imkan verir.
Yüksək səmərəlilik
Smartfonlar üçün çip istehsalı prosesi birbaşa onların səmərəliliyinə və güc istehlakına təsir göstərir. Kirin 810 prosessoru şirkət tərəfindən 7 nm prosessor əsasında təqdim olunub. 8-nm çiplərlə müqayisədə, Kirin 810-nun tranzistorlarının sıxlığı 50% daha yüksək və enerji istehlakı isə 20% azdır, bu da yüksək səmərəlilik və güc istehlakını təmin edir.
Səkkiz nüvəli mərkəzi prosessor və Mali-G52 MP6 qrafik prosessoru, sistemli intellektli planlaşdırma ilə birlikdə, güclü hesablama imkanlarına və qrafik detalların emalına malikdir. GPU Turbo texnologiyası da buna töhfə verir, bu da gecikməni azaldır. 8 QB operativ yaddaş, tətbiqləri işə salarkən, videonu redaktə edərkən və ya resurs tələb edən oyun oynayarkən smartfonun fasiləsiz işləməsini təmin edir.
Smartfon, HUAWEI SuperCharge 40 Vt sürətli şarja malik güclü 4200 mAh batareya ilə təchiz olunmuşdur, bunun sayəsində o, cəmi 30 dəqiqə ərzində 70%-ə qədər enerji yığa bilər.
Yenilənmiş interfeys
HUAWEI P40 lite-də lazım olan bütün funksiyalara malik olan EMUI10 sistemi quraşdırılıb. Sistemin bəzi elementlərinin yeni yerləşməsi sayəsində oxuma zamanı rahatlıq artırılıb. Qaranlıq rejim təkmilləşdirilmiş və rahat istifadəçi təcrübəsinə uyğunlaşdırılmışdır.
Əlçatanlıq və hədiyyələr
Azərbaycanda yeni HUAWEI P40 lite smartfonu üç rəngdə - gecəyarısı qara, okean yaşılı və sakura çəhrayısı rənglərində mövcud olacaq, daha ucuz versiya olan HUAWEI P40 lite E isə iki rəngdə - gecəyarısı qara və avrora mavisi rənglərdə təqdim olunacaq.
Telefonlar ilkin sifariş üçün rəsmi HUAWEI tərəfdaşları mağazalarında mövcud olacaq – Baku Electronics, Kontakt Home, Optimal Electronics, Soliton.
İlkin sifariş iyun ayının 12-dən iyun ayının 19-a qədər mümkün olunacaq, xüsusi hədiyyə olaraq isə, bu vaxtda HUAWEI P40 lite və HUAWEI P40 lite E modelini sifariş edən hər kəs, HUAWEI Band 4 əldə edəcək.
Oxşar xəbərlər
2020-ci il üçün Aşağı Büdcəli 5 Smartfon – HƏM DƏBLİ, HƏM SƏRFƏLİ!
Hər gün dəyişən smartfonları görüb siz də öz smartfonunuzu dəyişmək fikrinə düşürsünüzsə, onda yaxın oturun. Sizə 2020 model 5 əla smartfon məsləhət görəcəyik....