“HUAWEI” şirkəti qatlanan “HUAWEI Mate Xs” smartfonunu təqdim edir
24 fevral 2020-ci ildə, şirkət “HUAWEI”-in Barselonada keçirilən onlayn təqdimatında qatlanan yeni “HUAWEI Mate Xs” smartfonunu — “HUAWEI Mate X”–in inqilabi seriyasının davamını təqdim etdi.
5G - bağlantını dəstəkləyən “Kirin 990” flaqman prosessoru və “Falcon Wing” mexaniki şarnirli nazik korpus daxil olmaqla, aktual texnologiyaların tam dəstini özündə toplayan yeni məhsul öz istifadəçilərinə təkcə yüksək məhsuldarlığı və geniş funksionallığı təklif etmir, həm də smartfon və planşet rejimləri arasında keçid üçün unikal bir imkanı da təqdim edir.
“HUAWEI Mate Xs” qeyri-məhdud imkanlar açaraq elastik konstruksiya və yeni mexaniki şarnirin hesabına qatlanan və nazik çərçivələri olan 8 düymlük ekran sayəsində vizual rahatlığı təklif edir.
İlk dəfə “HUAWEI Mate X”-də istifadə edilən “Falcon Wing” şarniri bir-birinə ideal uyğunlaşdırılan, displeyin qatlanma və açılması zamanı yüksək etibarlılığı və möhkəmliyi təmin edən 100-dən çox qarşılıqlı əlaqəli elementdən ibarətdir. “Mate Xs” şarnirində həm də möhkəmliyi artıran və konstruksiyanın 180° açılmasını təmin edən sirkonium əsaslı maye ərintidən də istifadə olunur.
“HUAWEI Mate Xs” modeli iki poliamid qatının optik şəffaf yapışqanla yapışdırılmasının “HUAWEI” tərəfindən işlənmiş texnologiyasından istifadə etməklə hazırlanan ikiqat polimer strukturlu elastik displeylə təchiz olunmuşdur. Aerokosmik sənayedə istifadə olunan bu unikal material yüksək keyfiyyətli görüntünü, zəngin rəngləri və parlaqlığı təmin etməklə yanaşı, smartfon ekranının möhkəmliyinə, elastikliyinə və uzun ömürlülüyünə zəmanət verir.
Qatlanan zaman “HUAWEI Mate Xs” - 6,6 və 6,38 düym diaqonalları olan iki ekranlı bir smartfondur. Açıldıqda isə smartfon istifadə vəziyyətlərinin geniş spektri üçün əla yarayan 8 düymlük bir planşetə çevrilir.
“HUAWEI Mate Xs” üçün məxsusi hazırlanmış nazik form-faktor və yığcam 5G antenna sistemi “HUAWEI” şirkətinin telekommunikasiya texnologiyaları sahəsindəki yüksək nailiyyətlərinin nümunəsi kimi xidmət edir. Uzunmüddətli araşdırmaların və işlərin nəticəsi olan antenna konstruksiyası 5G şəbəkələrində yüksək sürətə və sabit qoşulmaya təminat verir.
“HUAWEI Mate Xs”-də dörd şaquli yerləşdirilmiş moduldan ibarət ultra həssas “Leica” kamerası quraşdırılmışdır. Kameranın tərkibinə genişbucaqlı obyektivi və f/1.8 diafraqması olan 40 MP-lik əsas modul, ultra genişbucaqlı və f/2.2 diafraqmalı 16 MP-lik modul, optik görüntü stabilizatoru ilə təchiz edilmiş f/2.4 diafraqmalı teleobyektivi olan 8MP-lik modul və təsvirin dərinliyinə cavab verən 3D-modul daxildir.
Kamera optik stabilizator və stabilləşmənin proqram alqoritminin birgə işini süni intellektə əsasən dəstəkləyir, bu da 30-qat hibrid böyütmə ilə aydın çəkilişlər etməyə imkan verir. Sensorun ISO 204800-a qədər həssaslığının sayəsində kamera, hətta ən çətin işıqlandırma şəraitində də parlaq və detallı fotoşəkillər yaratmağa qadirdir.
Qatlanmış vəziyyətdə ekranın bükülmə yeri yan panelin düyməsini basmaqla asanlıqla açılan fiziki sıxaçla qorunur. Açılmış smartfon isə istifadəçiyə müxtəlif tapşırıqların həlli üçün əla yarayan bütöv və geniş ekran verir.
“HUAWEI Mate Xs” ekranda bir-biri ilə qarşılıqlı əlaqədə ola bilən, eyni vaxtda iki proqramı əks etdirməyə imkan verən çox pəncərəli “Multi-Window” rejimini qiyabi dəstəkləyir. Mətnin fraqmentlərini, təsvirləri və sənədləri sadəcə olaraq bir pəncərədən digərinə daşımaq olar.
“HUAWEI Mate Xs” yenilənmiş “HUAWEI AppGallery” tətbiq mağazası ilə satışa buraxılan ilk “HUAWEI” mobil cihazlarından biri olacaq. “HUAWEI AppGallery” platforması “HUAWEI” mobil qurğularının bütün proqram və aparat imkanlarından tam istifadə edən tətbiqlərə giriş imkanını verir:
“HiAI” texnologiyalarından unikal kommunikasiya, sistem və təhlükəsizlik funksiyalarınadək.
Oxşar xəbərlər
HUAWEI şirkəti HUAWEI AppGallery əsaslı mobil tətbiqlərin ekosisteminin inkişaf planını təqdim etdi
HUAWEI Şirkəti HUAWEI AppGallery tətbiqlər mağazasını bütün dünyadakı müştərilər üçün əlverişli tətbiqlərin yayılması üçün açıq innovasiya platforması etməyə ça...