Huawei təqdim edir: "Sevgi Tezliyi" Süni intellektin gücü və insanlığı
14
fev
2019
09:50
Huawei Mate 20 Pro WWF (World Wildlife Fund) Italia ilə əməkdaşlıq etdiyi eksperimental layihə sayəsində kükbəd balinalarının cütləşən zaman yaratdığı səsləri musiqiyə çevririr.Hər bir sevgi hekayəsi danışılmağa layiqdirSevgi Tezliyi heç bir insanın daha öncə getmədiyi yerlərə getməyə cəsarət edən bənzərsiz bir eksperimental layihədir. Layihənin məqsədi insan, texnologiya və təbiət arasında musiqinin universal bir dili ilə bağlantını yaratmaqdır. Huawei şirkəti Mate 20 Pro modelində ikili süni intellektə malik olan yeni Kirin 980 prosessoru sayəsində dünyanın ən möhtəşəm dəniz məməlilərindən biri olan kükbəd balinasının çağırışını insan qulağı vasitəsi ilə eşidilə bilən melodiyaya çevirir.Bu gün texnologiya sürətlə inkişaf edir, tərəqqi qarşısıalınmazdır. Belə şəraitdə təbiq olunan və ilham verən həllər, inkişaf o qədər mükəmməldir ki, bu inkişaf daima uzağa gedir. Bu bizim qarşılaşdığımız çətinliklərdən biridir: mütəmadi olaraq yeniliklərin yaranması, irəliləyiş sərhədlərini yenidən müəyyən etmək, bəşəriyyətə real olaraq fayda vermək. Mate 20 Pro sayəsində Huawei ən qabaqcıl tətbiq edilən texnologiyanın süni intellekt formasında gündəlik həyatımızda hər birimiz üçün mükəmməl bir yoldaş ola biləcəyini, potensialımızı artırmağa və heç zaman düşünmədiyimiz hədəflərimizə və nəticələrə nail olmağa imkan verə biləcəyini göstərdi. “Sevgi Tezliyi” şirkətin novator ruhunun "Bunu mümkün et" şəklində ideal olaraq yekunlaşması və onu yeni, daha çox insani səviyyəyə qaldırması istiqamətində növbəti bir nümunəsidir. Əslində, ilk dəfə olaraq bu təcrübə sayəsində süni intellekt özünü emosiyaların xidmətinə verir və bütün zamanın ən yenilikçi texnologiyasından necə və hansı səviyyədə istifadə etməyin mümkünlüyünü göstərir, insanın uzaqda olan, lakin onun özünə oxşaya biləcəyi digər uzaq aləmlərlə əlaqə yaratmasına kömək edir. "Sevgi Tezliyi” texnologiya və təbiət arasında bir səs görüşü, əlaqəsidir. Bu həyəcan verici əlaqə maraqlı, unikal bir hekayədir ki, məhz bizim ikili süni intellekt texnologiyası xüsusiyyətinə sahib Kirin 980 prosessoru sayəsində mümkün olur və Mate 20 Pro-nun kükbəd balinalarının sevgi çağırışlarını melodiya halına gətirməyə imkan verir.“Biz inanırıq ki, hər bir sevgi hekayəsi danışılmağa layiqdir. Texnologiyanın gücü və qeyri-adi təbiəti bunu mümkün edib” – deyə Huawei Italia İstehlakçı Biznes Qrupunun Marketinq Direktoru Isabella Lazzini qeyd edib. Bir müddət ərzində süni intellekt texnologiyası üzərində çalışan bir qrup təqdiqatçılarla birgə Huawei şirkəti Mate 20 Pro-nun süni intellektini kükbəd balinalarının cütləşmə mərhələsində səslərinin tezliklərini tanımağa və bu səsləri onların tonu və səs daxilindəki mövqeləri nöqteyi nəzərdən harmonik olaraq birləşdirməyə öyrətdi. Kükbəd balinalarının cütləşməsi səsləri insan qulağı tərəfindən qiymətləndirilə bilməz. Lakin burada onların hər biri öz tezliyi, notları və ahəngi, eləcə də davamiyyəti ilə musiqi halında təşkil edilib. Bu, güclü lirika musiqiyə çevrildiyi zaman əsil mahnı kimi səslənir: "Sevgi hekayəsi"nin səslərini dinləmək asan və zövqvericidir.Huawei və bu eksperimental layihə üçün tərtibatçılar qrupu tərəfindən hazırlanmış bu tətbiq kükbəd balinalarının səsini musiqiyə çevirmək prosesini üç mərhələdə yekunlaşdırmağa imkan verir. Tətbiq musiqini yazır və süni intellekt heyvanların bu musiqidəki hər bir ayrıca səsini identifikasiya edir, sonra isə hər bir ayrıca səsi birlədirir ki, harmonik ardıcıllıq yaransın və beləliklə də cütləşmə çağırışının ritmi formalaşır. Nəticədə, o orijinal musiqidən ilhamlanan melodiyanı yaradır və səsləndirir.Heyvanların tədqiqatı və mühafizəsi sahəsində fəaliyyət göstərən ən mühüm və nüfuzlu təşkilatlarından biri olan WWF Italia bu layihənin tərəfdaşıdır və Huawei üçün məsləhətçi rolunda çıxış edir. Təşkilat dəniz məməliləri və xüsusilə də kükbəd balinaları haqqında məlumatları toplayır və bu layihə boyu Huawei şirkətini müşaiyət edir. WWF Italia prezidenti Donatella Bianchi bildirir: "Huawei şirkəti tərəfdən bizimlə əlaqə saxlanılanda və bu layihə ilə bağlı bizdən əməkdaşlıq istəniləndə biz çox təsirləndik. Bizim üçün insanların üzərində işlədiyimiz və hər gün qoruduğumuz növlər haqqında bilməsi və buna sevgi ilə yanaşması vacibdir, çünki bu məlumatlandırma bizim bu canlı növləri qorumaq cəhdlərimizi davam etdirməyə imkan verən mühüm faktordur.”Həqiqətən, WWF Italia ilə əməkdaşlıq sayəsində “Sevgi Tezliyi” insanları dəniz məməliləri dünyasına yaxınlaşdırır və bu layihə vasitəilə Huawei şirkəti WWF Italia-nın bu gözəl heyvanları qorumaq və bu barədə məlumatlılığı artırmaq kimi səylərini dəstəkləyir.WWF Italia uzun illər ərzində İtaliya sularında balinayabənzər canlıların qorunması və mühafizəsinə sadiqdir və xüsusilə, 87,500 km² ərazini əhatə edən dəniz sahəsindəki Pelaqos qoruğunun bioloji müxtəlifliyini qorumağı nəzərdə tutan layihələrə imza atmışdır. Bu, İtaliya, Monako Krallığı və Fransa arasında həmin ərazidə yaşayan dəniz məməlilərini qorumaq üçün atılmış bir addımdır. Pelaqos Aralıq dənizinin ən böyük qorunan ərazisidir, burada ən azı 12 növ balinayabənzər dəniz məməlisi mövcuddur.Huawei şirkəti “Sevgi Tezliyi” ilə WWF İtalianın Pelaqos qoruğunda balinayabənzər heyvanları qorumaq istiqamətində təşəbbüsünü dəstəkləməyi seçmişdir. Qeyd edək ki, hər kəs WWF Italianın wwf.it/balena linkinə keçid edərək öz maddi dəstəyini göstərə bilər. Huawei üçün “Sevgi Tezliyi” istehlakçılar ilə əlaqə qurmaq istiqamətində bir pazl parçasını təmsil edir və insanın istəklərini, arzularını və ehtiyaclarını diqqət mərkəzində saxlayan maraqlı bir hekayədir. Texnologiya isə burada onları gerçəkləşdirə biləcək bir elementdir. Çünki, inkişaf əsasdır və mümkünsüz olan bir işin texnologiya vasitəsi ilə mümkünlüyü vacib bir amildir.Huawei İstehlakçı Biznes Qrup barədə:Huawei şirkətinin məhsulları və xidmətləri 170-dən çox ölkədə mövcuddur və dünya əhalisinin üçdə biri tərəfindən istifadə olunur. Dünyada 16-dan çox ölkədə araşdırma və inkişaf mərkəzləri yaradılmışdır. Bu mərkəzlər ABŞ, Almaniya, İsveç, Rusiya, Hindistan və Çində mövcuddur. Huawei İstehlakçı Bizne Qrupu şirkətin smartfon, mobil geniş zolaqlı qurğu (MGQ), kompüter və bulud xidməti verən üç biznes bölməsindən biridir. İKT sənayesində genişmiqyaslı bir şəbəkə, irimiqyaslı biznes əməliyyatları və tərəfdaşların möhkəm bir şəbəkəsi ilə 30 ildən çox təcrübəyə malik İstehlakçı Bölməsi daha yaxşı qlobal ünsiyyəti dəstəkləmək üçün istehlakçılara ən son texnoloji tərəqqini təklif edir.Daha ətraflı məlumat üçün http://consumer.huawei.com/it saytını ziyarət edin.Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:https://www.facebook.com/HuaweimobileAZ/https://www.instagram.com/huaweimobileaz/https://www.instagram.com/huaweimobileaz/
Oxşar xəbərlər
Huawei Mate 20 Pro-nu almaq üçün 10 səbəb
Huawei şirkətinin Mate 20 Pro seriyası qısa zamanda istifadəçilər arasında populyarlıq qazanıb. Şirkətin bu flaqman modelində tətbiq etdiyi süni intellekt texno...