Huawei Mate 20 modelləri - video çəkilişlərdə mükəmməllik

Huawei Mate 20 modelləri - video çəkilişlərdə mükəmməllik
İqtisadiyyat 592
Digər telefon markasının istehsalçıları hələ də şəkil çəkmək texnologiyalarını təkmilləşdirməyə yönəlsələr də, Huawei özünün Huawei Mate 20 seriyasında süni intellektə əsaslanan videoçəkiliş texnologiyasını araşdırmağa başlayıb. Qeyd edək ki, ultra-geniş linzaları və süni intellektə əsaslanan video rejimi ilə yeni nəsil Leica Üçlü Kamera sayəsində Huawei Mate 20 seriyası video çəkilişinə daxil olmaq üçün keçidi azaldaraq və getdikcə daha geniş yayılan videoçəkilişlər vasitəsi ilə istifadəçilərin sosial şəbəkələrdə özlərini rahatlıqla ifadə etməsinə imkan verərək, ilk "mükəmməl videoçəkiliş" kamerasına malik bir telefona çevrilib.Dünyanın ultra-genişbucaqlı Leica Linzaları ilə təchiz edilmiş ilk kamerası"Huawei Mate 20 Pro"nun Leica Üçlü Kamerası 40 MP RGB kamerasından, Leica ultra-genişbucaqlı linzalı 20MP kameradan və 8MP telefoto kamerasından ibarətdir.Ultra-genişbucaqlı linzalar istifadəçilərə imkan verir ki, hətta dar məkanlarda olduqca geniş perspektivdə görüntü yarada bilsinlər. Çəkilən şəkillər canlı, aydın və yüksək kontrastda olur ki, bu da şəklə üç ölçülü effekt verir.
Kinomatoqrafik 21:9 aspekt nisbətiUltra-genişbucaqlı linzalar vasitəsi ilə Huawei Mate 20 seriyası ultra-geniş 21:9 dəqiqliyində videoçəkilişləri dəstəkləyir - bu göstərici qlobal olaraq kinoteatrlar tərəfindən istifadə olunan aspekt nisbəti ilə eynidir. Ənənəvi 16:9 aspekt nisbəti ilə müqayisədə, 21:9 dəqiqliyi ilə çəkilən videogörüntülər daha əhatəli və peşəkar görünür, eyni zamanda, kino çəkilişini xatırladır. Digər telefon markalarında 21:9 nisbətini əldə etmək üçün videoyazılar kəsilir. Lakin Huawei Mate 20 seriyasında 21:9 dəqiqliyi videoçəkilişin lap əvvəlindən başlayaraq özünün orijinal çəkiliş dəqiqliyi kimi qəbul edilə bilir.Süni intellektə əsaslanan kinoteatr rejimiSüni intellektə əsaslanan emal imkanlarını artıran Huawei Mate 20 seriyası peşəkar videoçəkiliş bacarıqları funksionallıqlarına malikdir ki, hətta videoçəkiliş sahəsində yeni olanlar da blokbaster hazırlaya bilər.Rəng isə bildiyimiz kimi videonun ən əsas və zəruri elementlərindən biridir. Rənglərdən düzgün istifadə ilə videonun müəllifi auditoriya ilə emosional ünsiyyət qura və öz istəklərini ən düzgün metodla ifadə edə bilir. Huawei Mate 20 seriyasında süni intellektə əsaslanan kinoteatr rejimi vardır. Bu rejim vasitəsi ilə videogörüntünün rəng çalarını, intensivliyini və parlaqlığını asanlıqla tənzimləmək olar. Bir neçə orijinal rejimlər də mövcuddur, o cümlədən: Klassik, təravətli, arxa fonun tutqunluq dərəcəsi. Bundan başqa, bu funksiya görüntüdəki obyektləri rəngsizləşdirərək subyekti müəyyənləşdirə və onun rənglərini ayıra bilir. Bu isə ecazkar vizual görüntü yaradır.Süni intellektə əsaslanan projektor çarxıSmartfonlar öz rahatlığı sayəsində videoçəkiliş zamanı bir çoxları üçün əvəzolunmaz cihaza çevrilib. Lakin videoların həcmi artdıqca onların təşkil və ya redaktə edilməsi səy tələb edən bir işə çevrilir. Bəziləri üçün müəyyən bir videonun arxivdən eşələnib çıxarılması "samanlıqda iynə axtarmaq" kimidir.Huawei Mate 20 seriyasında projektor çarxı funksiyası vardır. Bu funksiya vasitəsi ilə eyni mövzulu videokliplər seçilir və avtomatik surətdə 10 saniyəlik montaj hazırlanır. Məsələn, məşhur bir şəxslə görüşmək və salamlaşmaq zamanı çəkilən videogörüntünü götürək. Sözügedən funksiya yalnız məşhurlara aid olan videoklipləri ayıra və digər bir çox funksionallıqlarla yanaşı, yalnız həmin ulduza aid olan bir video hazırlaya bilir.Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:https://www.facebook.com/HuaweimobileAZ/https://www.instagram.com/huaweimobileaz/https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Son xəbərlər