2020-ci il üçün Aşağı Büdcəli 5 Smartfon – HƏM DƏBLİ, HƏM SƏRFƏLİ!
Hər gün dəyişən smartfonları görüb siz də öz smartfonunuzu dəyişmək fikrinə düşürsünüzsə, onda yaxın oturun.
Sizə 2020 model 5 əla smartfon məsləhət görəcəyik. “Biz pul yığana qədər o modellər də köhnələr” deyirsiniz? Narahat olmayın, bu yazıda qiyməti 600 manatı keçən smartfon yoxdur!
Az büdcəli, lakin çoxfunksiyalı smartfonlarla qarşınızdayıq. Biz bunlara smart seçimlər deyirik. Getdik!
- Xiaomi Redmi Note 8T
Əminliklə deyə bilərik ki, bu seçimdə büdcəniz və tələbləriniz tam üst-üstə düşəcək. Qiyməti və göstəricilərinə görə ideal seçim halına gələn Xiaomi Redmi Note 8T 48 meqapiksellik kamerasıyla foto və videolarınızın yüksək keyfiyyətli olmasını təmin edəcək. Üstəlik son zamanlar dəbdə olan portret rejimində də köməyinizə çatacaq. Nə də olsa öndə 1, arxada isə 4 kamera olması öz sözünü deyir. Bu smartfon 4000 mAh batereyası ilə həm də uzunömürlülüyün sirrini də çözüb deyə bilərik! Həm də sürətli enerjidoldurma funksiyasıyla siz artıq naqillərə bağlı qalmayacaqsınız. Yaşasın naqilsiz həyat!
Bununla bərabər, smartfon ön və arxadan Gorilla Glass 5 şüşəsiylə qorunur. Bu isə smartfonunuzun daha dayanıqlı olduğu mənasına gəlir. Bu tip büdcəli smartfonlarda adətən bu hissələr plastikdən hazırlanır. Redmi Note 8T almamaq üçün artıq heç bir bəhanəniz yoxdur!
Kontakt Home-da nağd alışda 449.99 AZN olan smartfon üçün hal-hazırda xüsusi təklif də keçərlidir! Belə ki, smartfon 12 aylıq hissə-hissə ödəniş imkanıyla ayda cəmi 37.50 AZN-dir.
- Samsung Galaxy A20s
Galaxy A20s büdcəyə rahat uyğunlaşdığı qədər, oval küncləriylə ələ və hətta dəbə də rahatlıqla uyğunlaşır. Bu smartfon videoya baxmağı sevən hər kəsin ilk seçimi olmalıdır. Çünki 6.5 inç ekranla siz izlədiyiniz hər şeydən zövq alacaqsınız. Təbii ki, oyun oynayanlar da bu fürsətdən mütləq yararlanmalıdır.
Smartfonun digər özəlliyi isə çoxsaylı kameralarıdır! 13 meqapiksellik əsas kamera günün istənilən saatında istənilən anınızı əla görüntülü fotoya çevirməyə hazırdır. 8 meqapiksel olan 120 dərəcəlik ultragenişbucaqlı kamera isə sizə əla peyzaj fotolar çəkməyə imkan yaradacaq. Gördüyünüz məkan və mənzərələri dostlarınıza olduğu kimi çatdıra biləcəksiniz.
5 meqapiksel dərinlikli kamera isə sizə istədiyiniz obyektə fokus olmaq imkanı verəcək.
4000 mAh batereya və sürətli şarj sistemi smartfonunuzun sizdən çox ayrı qalmaması üçün əlindən gələni edəcək. Bu arada A20s üztanıma sistemiylə sizi rahatlıqla tanıyacaq və telefonunuzu kiliddən çıxaracaq.
Hər şeyi olduğu kimi dedik, qalır bu smartfonu sifariş etmək. Həm də cəmi 409.99 AZN-ə! 12 aylıq hissə-hissə ödəniş imkanıyla ayda cəmi 34.20 AZN ödəyin və o sizindir!
- HUAWEI Y6s
Bu smartfon isə büdcəyə sığsa da, çərçivələrə sığmır! Huawei Y6s 6.09 düym çərçivəsiz ekranıyla oyunsevənlərin, serial izləyicilərinin sevimlisi olmağa namizəddir. Xatırladaq ki, barmaq və üztanıma sistemiylə işləyən yeni smartfonunuzun əsas özəlliyi səs sistemidir. Özəl SuperSound sistemiylə qulaq asdığınız musiqilərin səsini daha aydın və daha təmiz eşidə biləcəksiniz. Ola bilsin ki, əvvəl dinlədiyiniz musiqiləri yenidən kəşf edəsiniz.
13 meqapiksel əsas kamera və 8 meqapiksel ön kamera isə sizə foto çəkilişlərinizdə xüsusi kömək olacaq. Y6s-i fərqləndirən bir cəhət də 50% daha çox işıq keçirən xüsusi obyektividir. Hansı ki, bu obyektiv sayəsində sizin fotolar gecə də, gündüz də demək olar ki, eyni keyfiyyətdə alınacaq.
Yeni smartfonunuzun həmişə yanınızda olacağı sözünü də veririk! Çünki intellektual şarj sistemiylə smartfonunuzu bir gün ərzində tam rahat istifadə edə biləcəksiniz.
Fərqli özəlliklərə sahib smartfonun sizi də fərqli göstərəcəyinə əminik. Hətta qiymət də sizə fərqli gələcək! Çünki bu smartfonu cəmi 339.99 AZN-ə, yaxud smartfon 12 aylıq hissə-hissə ödəniş imkanıyla ayda cəmi 28.40 AZN ödəyərək əldə edə bilərsiniz.
- Xiaomi Redmi Note 8 PRO
Bu smartfon film olsaydı yəqin ki, adı “Onun böyük ekranı” olardı. Bu büdcə üçün bu smartfon doğrudan da inanılmaz özəlliklərə sahibdir. 6.53 düymlük ekran sizin sevimli serialları, videoları izləməyinizə, oyunlarınızı oynamağınıza geniş imkan yaradacaq. 4-lü əsas arxa kamera isə düz 64 meqapikseldir. Bu əsl rekorddur! Üstəlik 20 meqapiksellik selfie kamerası, mikro-obyektiv və süni intellektlə təchiz olunmuş fokus xüsusiyyətləri də üstünlüklərdən sadəcə bir neçəsidir.
4 tərəfdən 3D şüşə ilə qorunan telefon 4500 mAh batereya gücü ilə də öz sinfinin lideri sayıla bilər. Bu smartfonun yegəni mənfi cəhəti sizin onu hələ də əldə etməməyinizdir!
Tələssəniz, yaxşı olar! Çünki ilkin ödənişsiz, faizsiz 12 aylıq hissə-hissə ödəniş imkanıyla ayda cəmi 50 manata bu smartfon sizin ola bilər.
- Nokia 3.2
Özünüz üçün, valideynləriniz üçün və ya övladlarınız üçün sadə, rahat və çox funksional smartfon təklifmiz də var. Doğma və yeni Nokia-nın 3.2 modeli! İncə çərçivəsi və geniş ekranıyla müasir standartlara tam uyğundur.
Saf Android əməliyyat sisteminə sahib smartfon 4000 mAh batereya gücü ilə demək olar iki gün ərzində enerjisini qoruyub saxlayır. Gənclərin diqqətinə! 1 saatlıq PUBG oynamaq cəmi 10% şarj aparır. Başqa nə istəyirsiniz ki!
Üstəlik smartfonun kamerası da güclüdür və gecə rejimində də işıqlı fotolar çəkə bilir. Nokia 3.2, smartfondan daha kompakt istifadə edənlər üçün ideal seçimdir. Çünki qiyməti də idealdır, 269.99 AZN-ə!
Oxşar xəbərlər
8 martda bütün yollar Kontakt Home-a aparır – SON DƏQİQƏ TƏKLİFLƏRİ
Hədiyyənin böyüyü-kiçiyi olmaz deyirlər. Amma geci-tezi mütləq var. Gecikməmək üçün tələsin, elə indi Kontakt Home-da telefonlar, smartsaatlar və qulaqlıqlar, m...