"Yango" Formula 1 Qran Prisi ərəfəsində tətbiqini yeniləyib və "Ən tez" xidmətini istifadəyə verib
Sentyabrın 13-dən 15-dək Bakıda Formula 1 yarışlarının növbəti mərhələsi - Azərbaycan Qran Prisi keçiriləcək. Bu, Bakı üçün mühüm tədbirdir: Bakıya çoxlu xarici turist gələcək, şəhərin mərkəzi yolları isə bağlanacaq, çünki yarış trası şəhər küçələrindən keçir.
"Yango" servisindən istifadə edən şəhər sakinlərinin və qonaqların Bakıda rahat hərəkət etməsi, sürücülərin isə sifarişləri yerinə yetirməkdə çətinlik çəkməməsi üçün "Yango" tətbiqinə mühüm dəyişikliklər edilib.
Nəqliyyatın hərəkəti üçün bağlı olan küçələrdə avtomobil sifariş etmək mümkün olmadığından bu ərazilər qırmızı rənglə işarələnəcək, çatdırılma məntəqəsi isə ən yaxın əlçatan küçəyə köçürüləcək. Səfər marşrutları ən optimal şəkildə - nəqliyyatın hərəkətinə icazə verilən küçələr vasitəsilə salınacaq. "Yango" istifadəçiləri səfərin təxmini vaxtını və xəritədə dəyişdirilmiş marşrutu görəcəklər.
Bundan əlavə, Azərbaycan Qran Prisi münasibətilə "Yango" tətbiqində "Ən tez" xidməti yaradılıb. Bu xidmət eyni anda bir neçə tarifdə mövcud avtomobilləri axtarmağa və ünvana ən tez çata bilən avtomobili seçməyə imkan verəcək. Xidmətdən yararlanmaq üçün tarif panelində "Ən tez" işarəsi üzərinə klik etmək, müvafiq tarifləri seçmək və sifariş vermək lazımdır.
Həmçinin, tədbir müddətində "Yango" tətbiqində əks olunan avtomobil nişanlarında Formula 1 çempionatı iştirakçılarının nömrələri qeyd olunacaq.
"Formula 1 yarışlarının bir mərhələsinin Bakıda keçirilməsi bizim üçün mühüm hadisədir. İstifadəçilərimizin hətta yolların bağlı olduğu şəraitdə belə şəhərdə rahat hərəkət etməsini və Qran Prinin atmosferini hiss edə bilməsini istəyirik. Ümid edirik ki, tətbiqin yenilənməsi şəhərimizin sakinlərinin və qonaqlarının servisdən daha rahat istifadə etməsinə kömək edəcək", - "Yango" şirkətindən bildirilib.
Oxşar xəbərlər
Azərbaycanda Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı
Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştirak edib. 13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom"...