Keep Walking (Hərəkətə Davam ET): Şotland viskisi Johnnie Walker 200 illik yubileyini qeyd edir! – FOTO

Keep Walking (Hərəkətə Davam ET): Şotland viskisi Johnnie Walker 200 illik yubileyini qeyd edir! – FOTO
Promo 4

Dünyanı fəth etmiş Şotland viskisi Johnnie Walker üçün 2020-ci il yubiley ilidir.

Düz 200 il əvvəl Con Uolker Şotlandiya kəndlərinin birində kiçik bir ərzaq mağazasının qapılarını açaraq, “Johnnie Walker”-i dünyanın dörd tərəfinə yayan və onu bu gün dünyanın öncül Şotland viskisinə çevirən bir səyahətə start vermiş oldu.

200 il sonra “Johnnie Walker” öz səyahətini qeyd edir və daha 200 illik bir gələcəyə qapılarını açır!

Hər şey necə başladı

200 il əvvəl brendin qurucusu Con Uolker öz fəaliyyətinə Kilmarnokda (Şotlandiya) yerləşən kiçik bir ərzaq mağazasından başlamışdır – onun həyat qığılcımı, öngörücülüyü və sahibkarlıq həvəsi sadəcə biznes üçün deyil, həmçinin, Şotland viskisinin gələcəyi üçün həlledici təkan oldu.

Şirkətin lider ruhunun əsası ilk gündən qoyulmuşdu və təşəbbüskarların individual şövqünü və öncüllük ruhunu özündə cəmləşdirirdi – o nadinc, ambisiyalı və işinə sadiq idi. Həmçinin, öz keyfiyyət və dad göstəricilərinin üstünlüyünə daima səy göstərir, ambisiyalara qoyulmuş məhdudiyyətləri qəbul etməkdən imtina edirdi, çünki hər zaman daha çox nailiyyətlərin əldə olunacağına inanmaq lazımdır.

Bir çox viski istehsalçıları “ev çərçivəsindən” çıxmağa səy göstərmədiyi halda, Şotland viskisi “Johnnie Walker” okeanları qət edib, yeni ölkə və şəhərlərdə özünə yeni imkanlar açaraq kontinentlərə daxil olub, Yer Kürəsinin hər küncündə yerləşən evlərdə və barlarda məskunlaşmışdır. Nəticə etibarilə, Kilmarnokda yerləşən bir mağazada əsası qoyulan kiçik ailə biznesi, hazırda dünyanın ən qabaqcıl Şotland viski brendinə çevrilmişdir.

Biznesin 1920-ci ildəki 100 illik yubileyində “Johnnie Walker” viskisi artıq 120 ölkədə mövcud idi ki, bu da onun həqiqətən qlobal dünya brendlərindən biri hesab edilməsinə şərait yaradır.

İllər ərzində “Johnnie Walker” brendi innovasiya və yaradıcılıq sinoniminə çevrildi. Brendin xüsusi imzası olan kvadrat şüşə qablaşdırmaları daşınma zamanı sınma hallarının azaldılması məqsədilə tərtib olunmuşdur. Bizim məhsulu mağaza rəflərində digərlərindən xüsusilə fərqləndirən məqamlardan biri də şüşə üzərində maili formalı etiketlərimizin olmasıdır. Striding Man (Addımlayan adam) loqosu brendin xarakterini əks etdirmək üçün yaradılmış, «Keep Walking» devizi isə bütün dünyada oxunmuş, eşidilmiş və mədəniyyət sahəsində ətir kateqoriyasını geridə qoyaraq özünün müvafiq yerini tutmuşdur.

Johnnie Walker bu gün

O, dünyanın ən çox satılan Şotland viskisidir! (Qeyd: IWSR 2018-in nəticələrinə əsasən)

Hissləri həyəcanlandıran mükəmməl dada malik viskinin istehsalı, vaxtikən onun qurucuları üçün necə böyük bir həvəs, şövq idisə, bu gün də onun istehsalçıları üçün elə olaraq qalır – və bu gün, 200 illik yubiley tədbirində viskinin şəxsən özü diqqət mərkəzində olacaq. Bütün 2020-ci il ərzində Johnnie Walker, bu gün tutduğu yerə nail olmaq üçün keçdiyi yolda atdığı əsas addımların qeyd olunacağı məhdud seriyalı buraxılışlar istehsal edəcək.

Qurucularının yolunu davam edərək Johnnie Walker bu gün də Şotlandiyanın dörd bir küncündə yerləşən distillə zavodlarından ən yaxşı dada, teksturaya və ətrə malik viskiləri tapır, tarazlaşdıraraq öz təkrarolunmaz viskisini istehsal edir.

2020-ci ildə Johnnie Walker “sirr altında saxladığı” bir çox tədbirlər həyata keçirəcək – 200 il müddətində brend daima hərəkətdə olub və olmağa da davam edəcək ki, bu da 200-cü yubiley ilində daha çox nəzərə çarpacaq.

Johnnie Walker – in 200 illik şənliyi necə qeyd olunacaq

Geridə buraxılan 200 illik təcrübə növbəti iki əsrə diqqətini cəmləyəcək və Şotland viskisinin gələcəyinin qorunmasına yönəlik yeni səyahətlərə start verməklə yanaşı, həmçinin, bütövlükdə dünyaya yeni müsbət töhfələr bəxş edəcəkdir – bu barədə daha ətraflı məlumat 2020-ci il ərzində bəlli olacaqdır.

Johnnie Walker yeni nəsil spirtli içki həvəskarlarının ortaya çıxmasını seyr edir və onları Şotland viskisi dünyasında salamlamaq istəyini bildirir.

Uzun illər ərzində insanlara Şotland viskisinin zəngin ətrindən həzz almağa maneə yaradan yazılmamış qanunlar ortaya çıxırdı. Lakin iki əsr ərzində daim inkişaf edərək və bu yazılmamış qanunlara meydan oxuyaraq öz imkanlarını genişləndirirdi.

Johnnie Walker - 200 illik yubileyini viski dünyasında sərhədlərinin genişləndirilməsi üçün bir fürsət kimi dəyərləndirmək və daha çox insanı özləri üçün bu Şotland viski brendinin sərhədsiz dad imkanlarını kəşf etməyə dəvət etmək fikrindədir.

Bu Şotlandiya brendinin original məhsullarını Azərbaycana idxal edən və etməyə davam edəcək rəsmi distribyutoru - «Avrora» şirkətidir.

Son xəbərlər