Toyota texnologiya möcüzəsini reallaşdırdı – Yeni RAV4 və Corolla Azərbaycanda (FOTO)
05
mar
2019
11:14
Gürcüstanın Rustavi şəhərində yerləşən Beynəlxalq motorparkın pisti bu dəfə texnologiya möcüzəsini öz üzərində hiss etdi. Yeni Toyota RAV4 və Corolla avtomobillərinin Azərbaycan media nümayəndələri üçün təqdimatı və test-drive-ı bu məkanda baş tutdu. Gürcüstanın paytaxtı Tbilisi şəhərindən 20 km uzaqlıqda yerləşən sakit Rustavi şəhərinin sükutunu Yaponiya texnologiyasının son texnoloji nailiyyəti sayılan RAV4 və Corolla-nın mühərriklərinin səsi pozmuşdu.Toyotanı texnologiyanın ən son nailiyyəti dedikdə heç də mübaliğəyə yol vermədik. Toyota Hibridlər öz siniflərində yanacaq sərfiyyatı baxımından ən sərfəli avtomobillərdəndir. Qısa məsafəli səyahətlərdə aşağı sürətdə və ya tez-tez dayanmaqla səyahət zamanı bu avtomobillər ümumiyyətlə yanacaq sərf etmir. Bunun səbəbi isə ondadır ki, hibridlər mümkün olduqca öz elektrik mühərriki və Hibrid akkumulyatoru hesabına işləyir.
Bütün Toyota Hibridlər özü enerji yığdığı üçün, regenerativ əyləc texnologiyası ilə təchiz olunublar. Bu o deməkdir ki, siz əyləcə basdığınız və ya hərəkəti yavaşlatdığınız zaman yaranan elektrik enerjisi akkumulyatora yığılır. Bu isə sonradan sizə sırf elektrik enerjisi ilə hərəkət etməyə və səyahətinizi yanacağa daha çox qənaətlə davam etdirməyə imkan yaradır. Nəticə? Sıfır yanacaq sərfiyyatı, sıfır azot oksidi asılı hissəciklərin emissiyası və şəhərdaxili hərəkətinizin 50%-ə qədərinin səssiz olması.Bütün Toyota Hibridləri avtomatik transmissiyalarla təchiz edilib. Belə ki, siz ötürmələr qutusunu “Drive” rejiminə keçirməklə rahat və komfortlu Hibrid təəssüratı üçün arxaya söykənə bilərsiniz. Yeni Toyota RAV4 hibrid avtomobillərini Rustavi Motorparkının pistində test-drive edərkən bu avtomobillərin texnologiyası ilə bağlı mürəkkəb heç nə olmadığı anlaşıldı. Əslində, Toyota Hibridi sürmək hətta adət etdiyiniz avtomobilləri sürməkdən daha asan olduğu müəyyənləşdi. Özü enerji yığan Hibrid sistemi elektrik enerjisi ilə səssiz hərəkətdən benzinlə çevik hərəkətə keçə və ya sizə lazım olan anda daha artıq güc vermək üçün ikisini eyni anda işlədə bilər. Heç bir dəstək, düymə və ya açara ehtiyac olmadı.
“Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuru Konişi də yeni modellərdən söhbət açdı: “Biz tamamilə yeni RAV4 və Corolla modellərini Azərbaycan bazarına təqdim etməkdən qürur duyuruq! Əminik ki, bu əfsanəvi modellərin yeni versiyaları dizaynına, təkmilləşdirilmiş komfortuna və təhlükəsizlik göstəricilərinə görə Azərbaycan sürücülərinin ürəklərində dərhal yer qazanacaq. Başqa bir şad xəbər odur ki, yeni nəsil RAV4 hibrid mühərrikə malikdir və mən inanıram ki, bu yenilik bizim müştərilərimiz tərəfindən çox gözəl qarşılanacaq və yüksək qiymətləndiriləcək!”
Toyota üçün həmişə olduğu kimi bu dəfə də təhlükəsizlik prioritet təşkil edir. Yeni RAV4 və Corollada təhlükəsizlik məsələləri ən üst səviyyədə həllini tapıb.Anzen – yaponca təhlükəsizlik anlamına gələn bu söz Toyota yarandığı ilk gündən etibarən onun ən əsas prinsipi olmuşdur. Toyotada avtomobillər elə dizayn olunur ki, təhlükəsizlik avtomobilin funksiyalarından öndə gəlir – bu, avtomobilləri sürən şəxslərin həyatı deməkdir.
Ciddi xəsarətlərlə nəticələnən toqquşmalar çox zaman sürücülərin vəziyyəti gec anlaması və onların müvafiq qaydada davranmamaları səbəbilə baş verir. Toyota hərəkət zamanı sürücülərin təhlükələr barədə xəbərdarlıq edilməsi və onların qəzalardan yayınmaları üçün bir addım öndə olmaları məqsədilə Toyota Safety Sense adlanan aktiv təhlükəsizlik texnologiyasını işləyib hazırlamışdır. İndiyədək dünya üzrə 10 milyon istifadəçi Toyota Safety Sense ilə təchiz edilmiş Toyota avtomobillərini seçmişdir və bu rəqəm dinamik şəkildə artmaqda davam edir. Yeni nəsil Corolla, Yeni nəsil Rav4, Camry, C-HR və LC 200 Toyota Safety Sense ilə təchiz edilmiş modellərdir.
Heç kəs toqquşmaq istəməz. Lakin bu baş verdiyi an biz zərər və xəsarəti azaltmaq istəyirik. Bu, öndən toqquşma ehtimalı yüksək olduqda sizi xəbərdar etmək üçün radar texnologiyasından istifadə edən, habelə qəzanın qaçılmaz olduğunu müəyyən etdikdə əyləcləri işə salan və təhlükəsizlik kəmərini avtomatik qaydada sıxan toqquşmanın qarşısını alan funksiyasını işləyib hazırlama səbəblərimizdən biridir.Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq sistemi ilə Toyota hərəkət zamanı zolaqdan çıxdığınız təqdirdə sizi məlumatlandırır. Görünən zolaq nişanları olan yolda 50 km/s sürətlə hərəkət edərkən, sistem görünən zolaq nişanlarını tanımaq məqsədilə xüsusi kameradan istifadə edir və zolaqdan çıxıb-çıxmadığınızı müəyyən edir. Zolaqdan çıxdığınız zaman, avtomobil audiosiqnal verir və alətlər panelinin üzərində indikator işığı yanır. Yeni Corolla istənilən şəxsi istənilən yerə rahat və dəbli şəkildə apara biləcək avtomobildir. Yeni Corolla cəsur və dinamik görünüşə malikdir. Onun geniş ön tərəfi və aşağı kapotu axın görüntüsü verir. Bu görüntüyə isə 17 düymlük geniş, şəbəkəli yüngül lehimli disklə və fərqli LED ön faralar da əlavə olunur.Dəbli və praktik Corolla alçaq burnundan geniş ətəyinə doğru axan incə zolaqlarla səciyyələnir. Digər Corolla modelləri kimi, tam yeni Corolla da yüksək duyğu keyfiyyəti və qabaqcıl texnologiyası ilə fərqlənərək genişlik və erqonomik baxımından mükəmməl salona malikdir.Premium keyfiyyətli interyerin bəzi texnoloji özəlliklərinə 8 düymlük multimedia sensor ekran, 7 düymlük multi-informasiya ekranının intuitiv, asan istifadə olunan kombinasiyası və arxa qızdırılan oturacaqlar daxildir.Bu, hara getməyinizdən asılı olmayaraq sizdə dərin təəssürat oyadacaq Corolladır.Səmərəlilik və zövq bir aradaDaha üstün keyfiyyət təklif etmək üçün hazırlanmışdırCorolla Toyotanın TNGA platforması üzərində qurulmaqla tam rahat hərəkəti təmin edir. Daha möhkəm kuzov və aşağı qravitasiya mərkəzi dönmə zamanı kuzovun aşmasını azaldır, ikiqat arxa asqı dəstəyi suspensiyası isə zərbələri daha rahat udur. Uzun səyahətlər zamanı yorğunluğun azaldılması üçün hətta sürmə mövqeyi də optimallaşdırılmışdır.Hər şeydən öncə təhlükəsizlikYeni Corolla Toyota Safety Sense sayəsində indi daha da təhlükəsizdir. Bu unikal təhlükəsizlik sistemi hərəkəti daha çox asanlaşdıran, sizin və sərnişinlərin təhlükəsizliyini daha yaxşı təmin edən bir sıra yenilənmiş təhlükəsizlik funksiyaları ilə təchiz edilmişdir. Corollanın aktiv təhlükəsizlik sistemləri optimal iş rejimini təmin etməklə, zəruri hallarda avtomatik əyləc və idarəetmə dəstəyi vasitəsilə toqquşmadan yayınma və ya qəzanın təsirlərinin azaldılmasının effektiv yollarını təqdim edir.Toqquşmanın qarşısını alan funksiya (PCS), Adaptiv Kruiz Kontrol funskiyası (ACC), Sükan idarəetmə köməkçisi funksiyalı Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası (LDA w/SA) və Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası (AHB) yenilənmiş versiyalarını birləşdirir. Əlavə olaraq, Hərəkət zolağının izlənməsinə nəzarət sistemi (LTA) də mövcuddur ki, onun vasitəsilə daha üstün hərəkət dəstəyi təmin olunur.Yeni 2.0 litrlik birbaşa inyeksiyalı benzin mühərriki ilə yanaşı, yeni RAV4 özü enerji yığan hibrid transmissiya – Qərbi Avropada model üzrə müştərilərin mütləq əksəriyyətinin seçimini (2018-ci ildə 85%) – təklif etməklə öz sinfində unikal mövqeyini qoruyub saxlayır.
Avtomobildə əyləşərkən sürücü artıq özünü demək olar sedan avtomobilindəki kimi hiss edəcək. Belə ki, yeni RAV4-də sürücünün önünü görmə imkanları daha geniş olacaq. Bu RAV4-ün ən önəmli yeniliklərindən biridir. Ön ötürücülü hərəkətdə 218 DİN at gücü, tam ötürücülü hərəkətdə isə 222 DİN at gücü təmin edən 2,5 litrlik benzin Hybrid Dinamic Force öz sinfində yanacağa ən yaxşı qənaət göstəricisi (qarışıq tsiklli yanacaq sərfiyyatı 4,6l/100 km*) və emissiya səviyyələri ilə (100 q/km*) enerjidə, çeviklik və səmərəlilikdə dəyişiklik gətirir. Eyni zamanda, tam ötürücülü hərəkət sistemləri “istənilən yolda idarəetmə” qabiliyyətinə nail olmaq məqsədilə hərtərəfli qaydada təkmilləşdirilmişdir. Yeni RAV4 Hibridin elektrik AWD-i sistemi çətin şərtlərdə daha güclü performans və sürüşkən səthlərdə idarəetmənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yenidən qurulmuş və gücləndirilmişdir.Yeni RAV4, həmçinin, qəzaların qarşısının alınması və daha yaxşı hərəkət dəstəyinin təmin edilməsi məqsədilə qabaqcıl texnologiyaların, o cümlədən avtomatik sürmə dərəcəsini tətbiq edən sistemlərdən istifadəni genişləndirən əlavə Toyota Safety Sense funksiyalarından yararlanan ilk Toyotadır.580 litr həcmli yük yerli RAV4-ün arxa oturacağında oturacaq sərnişinlər də özlərini kifayət qədər komfortlu hiss edəcəklər.
Beləliklə Rustavinin trekinə səs salan ən son RAV-4 və Corolla avtomobillərinin əks-sədasının bütün Zaqafqaziyaya və Azərbaycana yayılacağı şübhəsizdir. Bir sözü əminliklə demək olar ki, bütün bu yenilikləri və liderlik xüsusiyyətləri ilə Toyotonun rəqibləri indidən qorxmağa başlayacaqlar! Yeni RAV4 və Corolla-nın Azərbaycan bazarında satış liderliyini ələ alacağı indidən görünür. Azad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Toyota Caucasus yeni Camry-nin regional testlərini keçirdi (VİDEO)
"Тоyota Qafqaz"ın dəvəti ilə yeni Camry-nin Gürcüstandakı təqdimat-testlərində Azərbaycanlı jurnalistlər və nümayəndələr iştirak etdi. “Rustavi International Mo...