Toyota Caucasus yeni Camry-nin regional testlərini keçirdi (VİDEO)

Toyota Caucasus yeni Camry-nin regional testlərini keçirdi (VİDEO)
Video
Sosial 2004
"Тоyota Qafqaz"ın dəvəti ilə yeni Camry-nin Gürcüstandakı təqdimat-testlərində Azərbaycanlı jurnalistlər və nümayəndələr iştirak etdi. “Rustavi International Motorpark”da keçirilən testlərdə Toyota Camry əvvəlki model və seqmentdəki rəqibləri ilə müqayisə olundu. Yeni Camry 2.5 litrlik 181 at güclü və 3.5 litrlik 301 at güclü mühərriklərlə təchiz olunur. Avtomobillər müvafiq olaraq 6 pilləli və tam yeni 8 pilləli avtomatik sürət qutuları ilə komplektləşdirilib.
İdman üslubunda olan Toyota Camry indi həm də daha cavan alıcı seqmentinə yönəlib. Əvvəlki Camry-lərin alıcıları daha çox 40+ yaşında olan kişilər idi. Toyota Camry ilk dəfə 1982-ci ildə satışa çıxarılıb. Tam yeni Camry bu modelin 8-ci nəslidir. Bu vaxta qədər 100-dən çox ölkədə 19 milyondan çox Toyota Camry satılıb. O, həm də ildə 700 000 ədəddən çox satılmaqla D və E seqmentlərində dünyada ən çox satılan sedandır. 8-ci nəsil Toyota Camry Toyota-nın “Yeni Qlobal Arxitektura” adlanan mühəndis konsepsiyasına əsasən hazırlanıb. Camry-nin ağırlıq mərkəzini aşağı salmaq üçün həm döşəmə, həm də oturacaqlar endirilib. Tədbir zamanı yeni Toyota Camry-nin xususiyyətləri və yenilikləri haqqında məlumat verildi. Tədbirdə iştirak edən “Toyota Camry” nin baş mühəndisi Masato Katsumata və “Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuru Konishi mətbuat konfronsında jurnalistlərin suallarını cavablandırdılar.Elgün Xıdırov / Orxan MəmmədovBAKU.WS

Son xəbərlər