“Toyota Bakı Mərkəzi”nin 11 yaşı oldu

“Toyota Bakı Mərkəzi”nin 11 yaşı oldu
Sosial 1076
“Toyota Motor Corporation”nın Bakıda ilk rəsmi dileri olan Toyota Bakı Mərkəzi 11 yaşını daimi müştəriləri və media nümayəndələri ilə birgə qeyd edib. Toyota Bakı Mərkəzi İSR Holdinqin İSR Auto şirkətinə aiddir. Şirkət 11 il ərzində Azərbaycan bazarında öz yerini tutmuş və Toyotanı sevimli avtomobil markalarından birinə çevirmişdir. Toyota Bakı Mərkəzi "Toyota Qafqaz və Orta Asiya” şirkəti tərəfindən, satış göstəricisi sertifikatı ilə təltif olunub. Mərkəz “Toyota Motor Corporation” tərəfindən Toyota standartlarına tam uyğunluq sertifikatı ilə təltif edilmişdir. Toyota Bakı Mərkəzi iki dəfə beynəlxalq İchiban mükafatına layiq görülüb. Bu mükafat Toyota Motors Avropa tərəfindən müştəri məmnuniyyəti və “Toyota Motors Corporation”nın standartları tələbinə cavab verdiyinə görə verilir. Fəaliyyətinin 11 illiyini qeyd edən Toyota Bakı Mərkəzi, yeni “Toyota Prado” avtomobilini elə həmin gün təqdim etdi.Toyota Bakı Mərkəzində təqdim edilən 2018-ci il modeli “Toyota Prado” 4-cü nəsil istehsalının ikinci restaylinqidir. Mütəxəssislər bunu Pradonun 5-ci nəsli kimi qeyd edir. Bu isə daha geniş və komfortlu avtomobil deməkdir. Yeni restaylinq versiya daha mükəmməl, daha dinamik və aqressiv görünür. Avtomobilin həm interyerində, həm də eksteryerində bir çox dəyişikliklər edilib. Bunlara yeni radiator barmaqlığını, faraları, yenilənmiş kapot və digərlərini misal göstərmək olar. Bundan əlavə, avtomobilin hündürə qalxma və enmə iş bucağı artırılıb. Yeni “Toyota Land Cruiser Prado” 3 versiyada Azərbaycanda satışa çıxarılır: 2.7l və 4.0 l benzin və 2.8 l dizel mühərrikli.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər