Novxanı yolunda qızların faciəvi qəzası - biri öldü, digərinin ayağı sındı (VİDEO 18+)

Novxanı yolunda qızların faciəvi qəzası - biri öldü, digərinin ayağı sındı (VİDEO 18+)
Video
Hadisə 61387

 

Azərbaycanda dəhşətli yol qəzası baş verib. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə Novxanı yolunda qeydə alınıb. 

Qəzaya səbəb "Kia Optima" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Qadın sürücünün idarə etdiyi "Kia" qarşı yoldan gələn "Toyota Camry" ilə toqquşub. Qəza zamanı "Kia"da olan iki qadın və "Toyota Camry"dəki sürücü yaralanıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, qadınlardan biri qəzadan sonra dünyasını dəyişib, digər xanım sərinişinin isə ayağı dizdən sınıb. "Toyota Camry"nin sürücüsü isə yüngül bədən xəsarətləri alıb. 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Şahin Həbibov

BAKU.WS 

Son xəbərlər