İzyumda beşmərtəbəli binanın dağıntıları altından 44 ölü çıxarılıb
Mart ayının ilk ongünlüyündə ruslar tərəfindən dağıdılan Xarkov vilayətinin İzyum şəhərindəki beşmərtəbəli binanın dağıntıları altından 44 mülki şəxsin meyiti tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqramda məlumat verib.
"Müvəqqəti olaraq işğal olunmuş İzyumda binanın dağıntıları altından 44 dinc sakinin meyiti tapıldı. Bu, rusların növbəti dəhşətli hərbi cinayətidir", - deyə o bildirib.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri fevralın 24-ü səhərdən Ukraynada əməliyyatlar keçirirlər. Həmin müddətdə İzyum şəhəri əməliyyatların ən qaynar nöqtələrindən sayılır.
Oxşar xəbərlər
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad etdi - VİDEO
Ukrayna Silahlı Qüvvələri daha üç yaşayış məntəqəsini azad edib. BAKU.WS xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının sədri Oleq Sinequbov teleqra...