Zəhra qətlə yetirildi, Sarkisyanın nəvəsi gündəmə gəldi (FOTO)

Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 18 aylıq Zəhra Quliyeva Azərbaycan ictimaiyyətində böyük qəzəbə səbəb olub.
BAKU.WS-in məlumatına görə, millət vəkilləri sosial şəbəkələrdə Serj Sarkisyan rejimini sərt tənqid edən şərhlər yazır, KİV-də bəyanatlar verirlər.
Deputat Aydın Mirzəzadənin paylaşdığı fotolar və yazdığı status hər kəsin diqqətini cəlb edib:
"Birinci foto Xocalı soyqırımının təşkilatıcısı və iştirakçısı, hal-hazırda Ermənistan respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı Serj Sarqsyanın nəvəsi ilə şəklidir.
O nəvəsini çox sevir.
İkinci şəkil isə Xocalı soyqırımın təşkilatçısı və iştirakçısı, ha-hazırda Ermənistan respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı Serj Sarqsyanın tapşırığı ilə 4 iyul 2017-ci il tarixində öldürülmüş Azərbaycanın Fizuli rayonunun Alıxanlı kənd sakni iki yaşlı Zəhra Quliyevın şəklidir.
Ermənistan prezidenti ancaq öz nəvəsini sevir. Azərbaycanlı uşaqlar isə onun düşmənləridir”, - deyə millət vəkili Facebook səhifəsində bildirib.
Saməddin Mehralıyev
BAKU.WS

Oxşar xəbərlər
Ordumuz ermənilərə zərbələr endirib: Düşmən itki verib
Ermənistan silahlı qüvvələri sistemli şəkildə Azərbaycan ordusunun mövqelərinə atəş açır. BAKU.WS-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xi...
