Ordumuz ermənilərə zərbələr endirib: Düşmən itki verib

Ordumuz ermənilərə zərbələr endirib: Düşmən itki verib
Siyasət 2033
 

Ermənistan silahlı qüvvələri sistemli şəkildə Azərbaycan ordusunun mövqelərinə atəş açır.

BAKU.WS-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı XİN və Baş prokurorluğun rəsmi nümayəndələri ilə birlikdə keçirdiyi xüsusi brifinqdə bildirib.

Vaqif Dərgahlı deyib ki, Ermənistan ordusunun son hücumu birbaşa mülki şəxslərə qarşı yönəlmişdi.

"Azərbaycan ordusu dərhal cavab zərbələri endirib. Düşmən itki verib, hərçənd bunu gizlədir”, - Dərgahlı jurnalistlərə bildirib.

Polkovnik erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.

O bildirib ki, ermənilərin bu məlumatı həqiqətə uyğun deyil.

Nazirlik rəsmisi deyib ki, hazırda qoşunların qarşıdurma xəttində vəziyyət nəzarət altındadır: "Azərbaycan Silahlı Qüvvələri bütün zəruri tədbirləri görür".

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də Azərbaycanın yaşayış məntəqələrini davamlı şəkildə atəşə tutur: "Beynəlxalq təşkilatlar artıq ermənilərin son təxribatı barədə məlumatlandırılıb. Ermənistan cəzasız qalmayacaq".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

BAKU.WS

Son xəbərlər