Füzulinin icra başçısı Alxanlıdakı SON VƏZİYYƏT barədə danışdı

Füzulinin icra başçısı Alxanlıdakı SON VƏZİYYƏT barədə danışdı
Siyasət 2027

 

İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin təxribat törətdiyi Füzuli rayonunun Alxanlı kəndində vəziyyət sabitdir.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məlumat verib. Onun sözlərinə görə, hazırda kənddə əhali gündəlik həyat tərzini davam etdirir: "Ermənilərin təxribat törətməsi birinci dəfə deyil. Onlar mütəmadi olaraq Azərbaycan ərazilərini atəşə tuturlar. Amma Füzuli camaatını bu cür təxribatlar qorxutmur. Hazırda Alxanlı kəndində və rayonda hər şey qaydasındadır, əhali gündəlik işi ilə məşğuldur”.

İcra başçısı bildirib ki, ötən gün baş verən insident erməni vandalizminin növbəti nümunəsidir. A.Alıyev əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri prosesləri tam nəzarətdə saxlayır.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

BAKU.WS

Oxşar xəbərlər

Ermənilərin Alxanlıya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilərin Alxanlıya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması və dinc sakinlərin həlak olması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi təcili məlumat yayıb....

3712 Siyasət 23:02 04 iyul 2017

Son xəbərlər