Zəngəzur dəhlizinin nə vaxt hazır olacağı açıqlandı
"Zəngəzur dəhlizi üzrə işlər 2030-cu ilə qədər başa çatacaq".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" telekenalının efirində bəyan edib.
"Türkiyə Orta Dəhlizin vacib hissəsidir. Amma hazırda istədiyimiz qədər yük daşıya bilmirik. Hərçənd biz bu sahədə imkanlarımızı hər gün artırırıq. Buna Bakı, Tbilisi və Xəzər dənizindən keçən marşrutlar vasitəsilə nail olmuşuq. Lakin Zəngəzur dəhlizi Orta Dəhlizin yükkeçirmə qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verəcək", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizində işlər 2030-cu ilə qədər başa çatacaq
Zəngəzur dəhlizində işlər 2030-cu ilə qədər başa çatacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkad...