Zəlzələnin 182-ci saatında möcüzə yaşandı - FOTO/VİDEO

Zəlzələnin 182-ci saatında möcüzə yaşandı - FOTO/VİDEO
Foto Video
Siyasət 1899

Türkiyədə zəlzələ baş verən ərazilərdə xilasedicilər durmadan çalışır.

BAKU.WS xəbər verir ki, hər dəqiqə ötdükcə insanların ümidləri azalır. Hər kəs dağıntılar altından möcüzə gözləyir. Belə möcüzələrdən biri də Hatayda baş verib.

Belə ki, 8 mərtəbəli binanın çökməsi nəticəsində orada qonaq gələn 13 yaşlı Kaan Kuruoğlu dağıntılar altında qalıb. 182 saat uçqun altında ac-susuz qalan Kaan nəhat ki xilasedicilər tərəfindən tapılıb. Onu sağ-salamat dağıntılar altından çıxarıblar.

Möcüzə nəticəsində sağ qalan 13 yaşlı oğlan ac olduğunu bildirib. O, “ciyər kababı” yemək istədiyini deyib.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Son xəbərlər