Zakir Həsənov şəhid olan əsgərimizlə bağlı əmr verdi
22
may
2018
14:19
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.BAKU.WS-in məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.BAKU.WS
Oxşar xəbərlər
Şəhid olan əsgər yüksək vəzifəli məmurun qohumudur
Azərbaycan Ordusunun əsgəri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alark...