Xalq şəhidini belə qarşıladı - "Şəhidlər ölməz, Vətən bölünməz!" (VİDEO)

Xalq şəhidini belə qarşıladı - Şəhidlər ölməz, Vətən bölünməz! (VİDEO)
Video
Siyasət 3763
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu əsgər Tatarov Adil Əli oğlunun cənazəsi Ağstafaya gətirilib. BAKU.WS-in məlumatına görə, şəhidi evinə aparan karvana onlarla maşın qoşulub. Yüzlərlə insan şəhidini qarşılayıb və "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur. Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq. AbbasBAKU.WS

Oxşar xəbərlər

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: "Şəhidin qisası qısa müddətdə alınacaq"

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: "Şəhidin qisası qısa müddətdə alınacaq"

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşır...

8655 Hadisə 09:01 21 may 2018

Son xəbərlər