"Yasak elma"nın gözəli: "Özümü gözəl hesab etmirəm"

Rol aldığı bir sıra layihələrdə canlandırdığı obrazlarla məşhurlaşan türkiyəli aktrisa Biran Damla Yılmaz yerli jurnallardan birinə açıqlama verib.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, 24 yaşlı aktrisa erkən yaşda həyatı anlaya bilməsini oynadığı rollara borclu olduğunu bildirib. O, özünü gözəl hesab etmədiyini də dilə gətirib.
"Mənim üçün gözəllik yaradıldığımız halımızdır: Makiyajsız, estetiksiz, boyasız. Özümü gözəl hesab etmirəm. Güzgüyə də çox baxmıram.
Eşq həyatımda isə qarşı tərəfi daha çox düşünürəm. Bu bir nöqtədən sonra heç də yaxşı özəllik deyil, çünki özümü unuduram".
Qeyd edək ki, aktrisa hazırda "Yasak elma" serialında Kumru obrazını canlandırır.

Oxşar xəbərlər
Nəsrin Cavadzadə “Yasak elma”dan ayrılır
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Fox TV-də yayımlanan məşhur “Yasak elma” serialından ayrılır. BAKU.WS “cnnturk”ə istinadən xəbər verir k...