Yaponiyada güclü zəlzələ baş verib
11
iyn
2023
23:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın şimalındakı Hokkaydo adası yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, sunami təhlükəsi olmayıb.
Fəlakətin episentri adanın cənub hissəsində yerləşən Sakit okeanda, 140 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Yeraltı təkanlar bütün Hokkaydo prefekturasında, eləcə də Honsü adasının şimal hissəsində hiss olunub.
Oxşar xəbərlər
Yaponiyada zəlzələdə yaralananların sayı 27-yə çatıb
Yaponiyada baş verən zəlzələ nəticəsində yaralananların sayı 27 nəfərə çatıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İşikava prefekturasında yaşanan təb...