Yaponiyanın "zəlzələ möcüzəsi" - "Gündoğar" ölkə yeraltı təkanlardan necə qorunur? - FOTO
Yaponiya bütün dünyada böyük və sarsıdıcı zəlzələləri ilə tanınır. Lakin bu zəlzələlərin şiddətindən asılı olmayaraq, ölkədə bir nəfər də olsun xəsarət alan yoxdur. Bu ölkədə bütün vətəndaşlar üçün zəlzələ sadəcə təbii hadisədir. Bəs görəsən, Yaponiya buna necə nail olub?
Yaponiyanın zəlzələyə qarşı tətbiq etdiyi üsullar nələrdir?
BAKU.WS Haber Türk-ə istinadən xəbər verir ki, Yaponiyada binalarda elastiklik var.
Yaponiyada çoxmərtəbəli binalar həddən artıq çoxdur və bu tikililərə elastikilik payı adlanan sistem tətbiq olunur.
Belə ki, binanın bünövrəsinə əlavə edilən rezin bamperlər sayəsində zəlzələ zamanı yerdən gələn titrəyişlər binanı titrətmək əvəzinə silkələyir. Çox güclü zəlzələlərdə isə bina bükülür, gələn şiddətli zərbəni yumşaldır.
Bundan əlavə, binanın təməlində istifadə olunan mayelər zəlzələ zamanı intensivliyi azaldır. Tampon funksiyasını yerinə yetirən maye zəlzələnin intensivliyini azaldaraq silkələnmənin əks istiqamətində hərəkət edir.
Yaponiya dövləti zəlzələ qaydalarına ciddi şəkildə əməl edir. Ölkədəki bütün strukturlar bu şəkildə tikilir və mütəmadi olaraq yoxlanılır.
Yaponiyada vətəndaşlara zəlzələ və sunamilər barədə əvvəlcədən xəbərdarlıq edən erkən xəbərdarlıq sistemi mövcuddur.
Mobil telefonlarda yer alan bu tətbiq sayəsində zəlzələ baş verməzdən 5-15 saniyə öncə ‘Jishin desu! Jishin desu!’ (Zəlzələ olur! Zəlzələ olur!) deyə yüksək səslə xəbərdarlıq edilir.
Həmçinin bu ölkədəki sürət qatarlarında zəlzələ sensorları mövcuddur. Yaponiyanın bir çox yerində sürət qatarlarından istifadə olunur. Qatarlarda zəlzələləri proqnozlaşdıran sensorlar var. Belə ki, zəlzələ zamanı qatar dayandırılır və sərnişinlərin təhlükəsizliyi təmin edilir.
2011-ci ildə 9,0 bal gücündə baş verən zəlzələ zamanı Yaponiyada 27 qatar fəaliyyətdə idi. Həmin vaxt hər qatar zəlzələ barədə xəbərdarlıq aldı və dayandırıldı.
Yaponiyada zəlzələ baş verərsə, bütün televiziya kanalları fövqəladə rəsmi zəlzələ yayımına keçir. Bu zaman insanlara təhlükəsiz bölgələr, afterşoklar, ola biləcək sunamixəbərdarlığı haqqında məlumatlar verilir.
Ölkədə uşaqlar kiçik yaşlarından zəlzələlər və onlardan qorunma yolları haqqında maarifləndirilir. Məktəblərdə ayda bir dəfə zəlzələ təlimləri keçirilir.
Məşqlər zamanı uşaqlara ən çox öyrədilən masaların altına girərək zəlzələ bitənə qədər stolun ayaqlarından yapışmaqdır. Çöldə olan zaman isə dağıntı altında qalmamaq üçün açıq sahəyə getmək öyrədilir.
Yaponiyada hər ailənin zəlzələ çantası var.
Tokio şəhərinin altında su axıtmaq üçün tunel mövcuddur. O, sunami kimi sel fəlakətlərində sel sularını toplayır və suyu Edo çayına təhlükəsiz şəkildə yenidən boşaldır. Beləliklə, şəhər böyük sel fəlakətindən qorunur. 13 ilə inşa edilən tunelin dəyəri 3 milyard dollardır.
Oxşar xəbərlər
6 ay əvvəl tikilmiş və zəlzələyə davamlı adı ilə satılan bina belə dağıldı - VİDEO
Malatya şəhərinin Bostanbaşı rayonunda 6 ay əvvəl inşa edilən və zəlzələyə davamlı sertifikatı ilə satışa çıxarılan iki bloklu "Asur Residences" zəlzələdən sonr...