Sabunçu rayonunda "Mədinə" mərasim evində nöqsanlar aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində Rüfət İlqar oğlu Baxşəliyevə məxsus "Mədinə" mərasim evində keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, mərasim evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mətbəxdə masaların bir qisminin asan yuyulub təmizlənən materialdan hazırlanmadığı, soyuducuda rəflərin korroziyaya məruz qaldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Həmçinin mənşəyi məlum olmayan pendir məhsulu aşkarlanıb. Pendir məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı mərasim evində nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...