Yaponiyanın şərqində 5,8 bal gücündə zəlzələ baş verib
22
noy
2020
21:40
Yaponiyanın Honşu adasından şərqdə 5,8 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan edilməyib.
BAKU.WS xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteoroloji Xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri qonşu Tokio prefekturasının İbaraki sahili yaxınlığında yerləşirdi. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Güclü yeraltı təkanlar Tokio, Tiba, Fukusima, Saytama, Ivate, Miyaqi prefekturalarının sakinləri tərəfindən hiss edilib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub, xəsarət alanlar var
Türkiyənin Bingöl vilayətində 5,7 bal gücündə zəlzələ olub. BAKU.WS-in Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyin...