Yaponiyada zəlzələdə yaralananların sayı 27-yə çatıb
Yaponiyada baş verən zəlzələ nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İşikava prefekturasında yaşanan təbii fəlakət zamanı xəsarət alanların hamısı bir neçə yaşayış binasının dağıldığı Suzu kənd sakinləridir.
Vəziyyəti ağır olan sakinlər təcili olaraq yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Zəlzələ nəticəsində hələ ki, bir nəfərin öldüyü bildirilir.
Məlumat üçün bildirək ki, 6,5 maqnitudalı zəlzələ Yaponiyanın əsas adasının mərkəzi hissəsində, Yapon dənizi sahilində baş verib.
Ölkənin meteorologiya departamentinin məlumatına görə, yeraltı təkanların episentri Noto yarımadasındakı İşikava prefekturasında, təxminən 12 kilometr dərinlikdə yerləşib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...