Xarici jurnalistlər azad edilmiş ərazilərdə səfərdədirlər - FOTO
Bir sıra Latın Amerikası ölkələri, o cümlədən Kolumbiya, Meksika, Kosta-Rikodan olan jurnalistlər işğaldan azad olunmuş ərazilərimizdə səfərdədilər.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, səfərin təşkil edilməsində məqsəd həmin ölkələrin KİV nümayəndələrini bölgədəki vəziyyətlə, ərazilərimizin 30 illik işğal dövründə məruz qaldığı erməni vandalizmi ilə, dağıntılarla, minatəmizləmə işləri ilə tanış etməkdir.
Qeyd edək ki, mütəmadi təşkil edilən bu səfərlərdə əsas hədəf jurnalistlərin öz ölkələrinin ictimaiyyətlərini Azərbaycan həqiqətləri ilə bağlı yaxından məlumatlandırmasına nail olmaqdır.
Qalereya
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...