Xarici diplomatlar Şahbulaq qalasında olublar - YENİLƏNİB - FOTO
Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfər çərçivəsində şəhərin gələcək inkişaf planı ilə tanış olublar.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, diplomatlarа şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verilib.
Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, diplomatları səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
***15:49
Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Nümayəndə heyəti Şahbulaq qalasında olub.
Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov diplomatlara erməni vandalizminə məruz qalmış tarixi abidə ilə bağlı məlumat verib.
Diplomatlar həmçinin Ağdam şəhərində yerləşən Cümə məscidində də olublar. Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı soyqırımı barədə danışıb, soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, həmçinin ermənilərin Ağdam şəhərində, o cümlədən Cümə məscidində törətdiyi vəhşiliklərdən və dağıntılardan danışıb.
İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...