Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib

08
yan
2025
18:18
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İsmayıllı Rayon Polis Şöbəsində vətəndaş qəbulu və sıra baxışı keçirib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iki gün ərzində nazir 294 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 196 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 23-ü Vətən müharibəsi iştirakçısıdır.
Qalereya
Oxşar xəbərlər
Rəsmi Bakı Qətərə hücumdan narahatdır
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə hücuma münasibət bildirib. BAKU.WS xəbər verir ki, nazirliyin "X" hesabında pay...
