Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına məsələ daxil edilib.
Belə ki, Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair və Rəqəmsal suverenliyin qorunması, dezinformasiya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institutsional mexanizmlərin gücləndirilməsi sahəsində ictimai dinləmələrin sessiya müddətində keçirilməsi planlaşdırılıb.
Oxşar xəbərlər
Vüqar Bayramov: "Bir tərəfdən sülh deyirlər, digər tərəfdən..."
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda verilən reaksiyalar rəsmi İrəvanın sülh günd...