Ukrayna PUA-larının Smolenskə hücumun TƏFƏRRÜATLARI

Ukrayna PUA-larının Smolenskə hücumun TƏFƏRRÜATLARI
Siyasət 1

Ukrayna Silahlı Qüvvələri Rusyanın Smolensk vilayətinin yanacaq-energetika kompleksinin iki obyektinə üç zərbə endirib.

"RİA Novosti" agentliyi hücumun yeni təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, yerli vaxtla saat 3:17 və 3:40-da iki PUA yanacaq-energetika obyektinə hücum edib. Saat 4:07-də ​​isə daha bir pilotsuz təyyarə Yartsevo rayonundakı oxşar obyektə düşüb.

İlkin məlumata görə, ölən və xəsarət alan olmayıb.

Çərşənbə axşamı, aprelin 24-nə keçən gecə pilotsuz təyyarələr Smolensk vilayətinə hücum edib. Pilotsuz təyyarələr daha sonra yanğınların baş verdiyi bölgənin Smolensk və Yartsevo rayonlarına da hücum etməyə cəhd ediblər.

Son xəbərlər