Rusiya Şərqi Avropadakı nüvə obyektlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
“Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.
“Smolensk (AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur”- deyə, o qeyd edib.
Bazar günü bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk AES-ə raketlərlə hücum etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: "Rusiya Zaporojye AES-i uzaqdan partlada bilər"
“Rusiya Zaporojye Atom Elektrik Stansiyasını (AES) uzaqdan partlada bilər”. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelensk...