Türkiyədə silahlı insident: Klub prezidenti yaralandı

Türkiyədə silahlı insident: Klub prezidenti yaralandı
Siyasət 1

Türkiyənin Diyarbakır vilayətinin Silvan rayonunda silahlı insident olub.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

İki qrup arasında naməlum səbəbdən başlayan mübahisə qısa zamanda silahlı insidentə çevrilib.

Hadisə zamanı 2-si yoldan keçənlər olmaqla 3 nəfər xəsarət alıb.

Əraziyə sağlamlıq və polis qrupları cəlb edilib. İlkin tibbi yardımdan sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yaralı yoldan keçənlərdən birinin Silvan İdman Klubunun prezidenti Aslan Umut Bakır olduğu məlum olub.

Yaralılardan biri aparıldığı xəstəxanada dünyasını dəyişib.

Polis ərazini təhlükəsizlik zolağı ilə bağlayıb və 6 boş patron aşkar edib.

Hadisəni törədən şəxslərin tutulması üçün araşdırmalara başlanılıb.

Son xəbərlər