Türkiyədə iki ailə arasında silahlı İNSİDENT: 2 ölü, 3 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Tekirdağ rayonunda iki ailə arasında baş verən silahlı münaqişədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı 8 nəfər saxlanılıb.
Aralarında ədavət yaranan iki ailə arasında başlayan mübahisə qısa zamanda silahlı insidentə çevrilib.
Tərəflərin silahla açdığı atəşdən narahat olan insanlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.
Xəbərdarlıq üzərinə bölgəyə çoxlu sayda polis və sağlamlıq qrupları cəlb edilib.
Qeyd olunur ki, qarşıdurmanın qarşısı çətinliklə alınıb.
Yaralanan 5 nəfər, Dr. İsmayıl Fehmi Cumalıoğlu Şəhər Xəstəxanasına aparılıb.
Onlardan ikisini bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Müalicəsi davam edən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Qeyd edək ki, fevralın 6-...