Türkiyədə məktəbdə DƏHŞƏT: 12 yaşlı qız sinif yoldaşını bıçaqlayıb öldürdü
Türkiyənin Mersin şəhərində 12 yaşlı qız E.D. 12 yaşlı sinif yoldaşı Fatmanisə Yüreklini öldürüb.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, hadisə Hüseyn Okan Merzeci orta məktəbində baş verib.
Belə ki, E.D. imtahandan aşağı qiymət aldığı üçün onu ələ saldığını iddia etdiyi Fatmanisə Yüreklini məktəbin tualetinə çağırıb. E.D sinif yoldaşını əvvəlcə rezin boru ilə döyüb, daha sonra evdən gətirdiyi bıçaqla onun boğazına və qarnına ağır xəsarətlər yetirib.
Təcili yardım maşını ilə xəstəxanaya aparılan F.Yüreklinin həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Tutularaq polis bölməsinə aparılan E.D. ifadəsində imtahandan pis qiymət aldığı üçün Yüreklinin onu ələ saldığını və bu səbəbdən hadisəni törətdiyini bildirib.
Oxşar xəbərlər
Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar: "Betərin də betəri olurmu?" - FOTO
Ötən gün Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib. Amasra bölgəsində yaşanan bədbəxt hadisə zamanı həlak olan işçilərin sayı 40-a ç...