Türkiyədə çökən binanın altından 13 nəfər xilas edildi - VİDEO/FOTO/YENİLƏNİB

Türkiyədə çökən binanın altından 13 nəfər xilas edildi - VİDEO/FOTO/YENİLƏNİB
Foto Video
Siyasət 479

Türkiyənin Malatya şəhərində çökən binanın dağıntıları altından çıxarılan yaralıların sayı 13-ə çatıb.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, artıq yaralılardan 7-si xəstəxanadan evlərinə buraxılıb.

Tikilinin dağıntıları altında 15 nəfərin olduğu təxmin edilir.

***

19.00

Türkiyənin Malatya şəhərinin Yaşılyurd rayonunda ikimərtəbəli bina çöküb.

Binanın altında 20 nəfərin qaldığı ehtimal olunur. Artıq dağıntılar altından 8 nəfər yaralı çıxarılıb.

Hadisənin başvermə səbəbi hələki bəlli deyil.

Son xəbərlər