Türkiyədə benzin və dizel ucuzlaşdı
Neftin qiymətinin 30 dollara enməsi neft idxalçısı olan Türkiyədə müsbət qarşılanıb.
BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, büdcəyə 10 milyard dollara yaxın qənaət edəcək Türkiyə bunu daxili bazara yönləndirəcək.
Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili bazarda satılan benzin və dizelin bu gecədən etibarən ucuzlaşacağını açıqlayıb.
Benzin 0,60 lirə (17 qəpik), dizel isə 0,55 lirə (15 qəpik) ucuzlaşacaq.
Qeyd edək ki, hazırda İstanbulda benzin 6,63 lirə (1,84 AZN), dizel isə 6,27 lirədir (1,74 AZN).
Ankara və İzmirdə isə benzin 6,71 lirə (1,86 AZN), dizel isə 6,34 lirədir (1,76 AZN).
Oxşar xəbərlər
Milyarderlər bir gündə 238 milyard dollar itirdilər
Dünyanı cənginə alan koronavirusun maliyyə bazarlarına vurduğu ziyan və ardınca neftin qiymətinin 30 dollardan aşağı enməsi milyarderlərin böyük sərvət itirməsi...