Türk hərbçilərinə qarşı hücum əmrini verən PKK lideri zərərsizləşdirildi - FOTO

Türk hərbçilərinə qarşı hücum əmrini verən PKK lideri zərərsizləşdirildi - FOTO
Foto
Siyasət 0

Türk hərbçilərinə qarşı təşkil edilən sui-qəsd əmrini verən PKK/YPG teror təşkilatının liderlərindən biri zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) təşkil etdiyi əməliyyat zaman "Karker Andok" kod adlı Mutlu Kacarı Suriyada öldürülüb.

Qeyd edək ki, Kacarın əmri ilə baş tutan hücum zamanı Türkiyə ordusunun iki hərbçisi dünyasını dəyişmişdi.

Türkiyə MİT-in təqibindən qaçmaq üçün Mutlu Kacar əməliyyatdan sonra Suriyanın Təl-Rifat şəhərindən Derik şəhərinə qaçıb. Orada bir müddət qaldıqdan sonra Əyn əl-Ərəb şəhərinə gedib. Türkiyə kəşfiyyatının uzun müddətdir axtardığı şəxsin yeri məlum olduqdan sonra əməliyyatla zərərsizləşdirilib.

Son xəbərlər